Kimlərdə tromboemboliya riski yüksəkdir? - CABİR GÜLMALIYEV AÇIQLADI
25.01.2022 10:39
Bir anın içində ölümə səbəb olan tromb, dünyada infarkt, insult, ürək tutmaları və ağciyər emboliyaların əsas səbəbidir. 
Qanın damar daxilində və ya ürək boşluqlarında laxtalanması tromboz, bu zaman əmələ gələn qan laxtası isə tromb adlanır. Arteriya və ya venalar zədələndikdə qan axınının qarşısının alınması üçün trombosit və fibrindən xüsusi laxta əmələ gəlir.
 
Aztibb.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
 
Həkim artıq çəkili, az hərəkətli, sağlam həyat tərzi keçirməyən, ayaqlarına daha çox yük düşən, aşağı ətraflarda ortopedik, travmatoloji cərrahiyyə əməliyyatı keçirən insanlarda tromb riskinin yüksək olduğunu bildirib. 
 
Onun sözlərinə görə, patologiyanın inkişafında 3 amil qeyd olunur. Buna Virxov triadası da deyilir:
- qanın tərkibi (hiperkoaqulyasiya və ya trombofiliya);
- damar divarının (endotel hüceyrələrinin) zədələnməsi;
- qan axınının xarakteri (durğunluq, geriyə qayıdış).
 
Cabir Gülmalıyev əlavə edib ki, əsas səbəblərdən biri də ürək damarlarının tutulmasıdır. Ürək damarları tutulduqda onların qidalandırdığı nahiyələr qansız qalır, yığılmır və yığılmayan yerdə tromb yaranır. Nəticədə miokard infarktı baş verir.
 
"Digər səbəb səyrici aritmiyadır. Onun nəticəsində qulaqcıqlarda tromb yaranır. Hərəkətli tromblar çox təhlükəlidir, çünki ürək yığılıb açıldıqda hərəkət edib beyinə, qarın orqanlarına, ağciyərlərə sıçraya bilirlər. Bu isə çox zaman ciddi fəsadla və ya ölümlə nəticələnə bilir", - deyə həkim bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib