Xarici ölkələrdə cari koronavirus rəqəmləri: Artım müşahidə edilir
24.01.2022 10:51
Fransa
 
Fransada son 24 saatda 301 min 614 COVID-19 yoluxması aşkar edilib.
 
Aztibb.az xarici mediaya istinadən xəbər verir ki, xəstəxanalarda 28838 nəfərin müalicəsi davam edir, onlardan 3760 nəfəri reanimasiyadadır. Son 7 gündə xəstəxanalarda müalicə alanların sayı yüzdə 15,49 artarkən, eyni dövrdə reanimasiyaya daxil olanların sayı 8,78 faiz azalıb.
 
ABŞ
 
ABŞ-da COVID-19 –dan həyatını itirənlərin sayı son 24 saatda 1400 nəfər artaraq 865 min 969 nəfərə çatıb.
 
Ölkədə peyvənd statistikasına nəzarət edən Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatlarına görə, 5 və yuxarı yaşda olan əhalinin 80,2 faizi ən azı bir doza, 67,3 faizi isə iki doza qəbul edib. Peyvəndi başa çatanların 42,9 faizinə əlavə doza vurulub.
 
Böyük Britaniya
 
Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) ötən gün COVID-19-un Omikron mutasiyasının submutasiyasını aşkar etdiyini bildirdi və mutasiyaya “BA.2” adını verdi.
 
Omikronun submutasiyası araşdırılır və hal-hazırda hal nisbətləri aşağıdır. UKHSA İngiltərədə indiyə qədər 426 adamda yeni mutasiya növünün təsbit edildiyini açıqlayaraq, bunun hələ də "narahatedici mutasiya" olaraq təyin edilmədiyini bildirib.
 
Avstriya
 
Avstriya Avropada peyvəndi hamı üçün məcburi edən ilk ölkə olacaq.
 
Martın ortalarından etibarən, koronavirusa qarşı peyvənd olunmayan böyüklər 3600 Avro cərimələnəcək.
 
Peyvənd tələbinin 2024-cü ilin yanvarına qədər qüvvədə qalacağı gözlənilir. Hökumət peyvənd olunmamış insanları peyvənd etməyə təşviq etmək üçün 1,4 milyard avro büdcə ayırıb.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib