Yara bandının tarixçəsi. İlk icad necə oldu?
23.01.2022 18:14
Bildiyimiz kimi yara bandı yaranı kirdən, mikroblardan, suyun yaraya daxil olmasından və infeksiya yaranmasından qoruyur, tədricən bədənin kəsik və sıyrılmalarının yaxşılaşmasına köməklik edir. Yara bandında olan dəliklər vasitəsilə oksigen yaraya çatır və yaranın tez sağalmasını sürətləndirir.
 
Aztibb.az xəbər verir ki, yara bandının icadının maraqlı bir hekayəsi var.
 
Yapışqan yara bandı 1920-ci ildə amerikalı E.Dikson tərəfindən icad edilib.
 
E.Dikson əməliyyatlar üçün qazlı bez və sarğı istehsal edən şirkətdə işləyirdi.
 
Onun xanımı Jozefina tez-tez barmaqlarını kəsirdi. E.Dikson yaranın üzərinə qazlı bez qoyub, yapışqanla bağlayıb həyat yoldaşına tibbi yardım göstərirdi.
 
Sonralar E.Dikson yapışqanlı bir parçanın ortasına tənzif yerləşdirməyə qərar verdi. Beləcə, ehtiyacı olduğunda Jozefina bu banddan kəsib istifadə edə biləcəkdi.
 
E.Dikson bu icadını şirkət rəhbərliyinə bildirir və qısa bir vaxtdan sonra “BAND-AID” adıyla yapışqan yara bandı istehsalına başlanılır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib