"Mini invaziv ürək əməliyyatları estetik baxımdan daha üstündür" - CABİR GÜLMALIYEV
21.01.2022 12:09
Açıq ürək əməliyyatları insanın həyatı boyu keçirə biləcəyi ən çətin və riskli əməliyyatlardan biridir. Bu üsulla əməliyyat xəstənin döş qəfəsi bölünərək həyata keçirildiyi üçün xüsusilə astma və XOAX xəstələrində ağciyər problemi riski artır. Açıq əməliyyatdan sonra xəstənin normal həyatına qayıtması 6 ay çəkir.
 
Aztibb.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
 
Həkim bildirib ki, hazırda açıq ürək əməliyyatları ən çox Koronor Bypass adı verilən və ürəyi qidalandıran damarların tıxanması, daralması müşaiyət olunan xəstələrə tətbiq olunur. Ürək damarlarının ciddi şəkildə tıxandığı və daraldığı vəziyyətlər həyati risk daşıdığı üçün mütləq açılmalıdır.
 
Onun sözlərinə görə, döş sümüyü kəsilmədən kiçik kəsiklə icra olunan açıq ürək əməliyyatları hazırda geniş tətbiq edilməkdədir. Kiçik kəsiklə ürək əməliyyatı zamanı toxumaya daha az zədə dəydiyinə görə ağrı da azalmış olur.
 
"Mini invaziv ürək əməliyyatları estetik baxımdan daha üstündür", - deyə bildirən C.Gülmalıyev qeyd edib ki, bu üsulla xəstələr çox az ağrı hiss edir, əməliyyatdan sonra 5-ci gündə sosial həyatına qayıda bilirlər. Əməliyyat zamanı qanaxma riski daha az olur.
 
Həkim əlavə edib ki, xəstə qısa müddətdə normal həyata qayıtdığı üçün ağciyər problemləri aradan qalxır, daha az müddət Reanimasiya şöbəsində qalır. Kəsik kiçik olduğu üçün infeksiya riski xeyli azalır, qan itkisi də az olur. Həmçinin qan köçürülmə ehtimalı və antibiotiklərdən istifadəsi azalır. İlk gündən pasiyent yatarkən sağa-sola dönə bilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib