“Gənc stomatoloqların təkmilləşdirilməsi“ adlı təlim keçirilib
20.01.2022 09:41

Yanvarın 19-da ST MED tibb mərkəzində Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) Beynəlxalq əlaqələr şöbəsinin və "Alim" Elmi Assosiasiyasının birgə təşkilatçılığı ilə “Gənc stomatoloqların təkmilləşdirilməsi“ adlı ilk təlim keçirilib.


Aztibb.az xəbər verir ki, təlimin məqsədi xaricdə fəaliyyət göstərən həkimlərin AKHA-nın könüllü tələbə və gənc həkimləri ilə öz təcrübələrini bölüşməsidir.


Təlimdə AKHA-nın sədri, üz-çənə cərrahı Oktay Mehdiyev çıxış edərək ölkəmizdə nəinki könüllü həkimlərə, könüllü tələbələrə də ehtiyac olduğunu vurğulayıb. O, tələbə və gənc həkimlərin inkişafı üçün bu tip təlimlərin mütəmadi keçirilməsinin nəzərdə tutulduğunu deyib.


Sonra ümumi cərrah və mama ginekolog, t.ü.f.d. Sona Əsgərova ikinci Vətən müharibəsində könüllü həkimlərin rolu və əməyi haqqında danışıb.


AKHA-nın Təşkilat Komitəsinin koordinatoru Hüseyn Hüseynzadə AKHA Tələbə Təşkilatı barədə məlumat verib, könüllü olmağın tələbələrin iş həyatındakı rolundan bəhs edib.


Daha sonra çıxış edən AKHA-nın Beynəlxalq əlaqələr üzrə koordinatoru Sabrin Ali Azim bu cür təlimlərin təşkilinin əhəmiyyətini qeyd edib.


Tədbirdə Dr. Tural Mirzəyev tələbə və gənc stomatoloqlar üçün "İnfeksiyaya nəzarət", Dr. Ahdab Ali Azim isə "Təcili və təxirə salınmaz yardım" mövzusunda məruzələrlə çıxış ediblər.


Tələbələrə maketlər üzərində praktik olaraq ilk yardım texnikaları göstərilib.

 

Hər iki məruzə böyük maraqla dinlənilib.

 

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib