Mərkəzi Gömrük Hospitalında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
19.01.2022 16:43

Mərkəzi Gömrük Hospitalında 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilmiş anım tədbiri keçirilib.

 

Əvvəlcə 20 Yanvar faciəsində və 44 günlük Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov xalqımızın azadlıq tarixinə qanla yazılan faciə və onun səbəbləri barədə danışıb. Bildirib ki, 20 Yanvar qətliamı xalqımızın azadlıq uğrunda dinc mübarizəsinə qarşı yönəldilən, xaincəsinə təşkil olunan bir qəsd idi. 

 

Ceyhun Məmmədov 20 yanvar faciəsinin Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb. Qeyd edib ki, həmin gecə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Onlar Vətən, torpaq uğrunda canlarından keçdilər, ölümsüzlüyə qovuşdular, şəhidlik zirvəsinə ucaldılar.

 

İdarə rəisi həmin qətliamdan bir gün sonra, yanvarın 21-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətinə kəskin etirazını bildirdiyini və bu faciəni törədənlərin cəzalandırılmasını tələb etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, xalqımıza qarşı törədilən bu qanlı və qəddar faciəyə yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib. 

 

O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın qələbə əzmi və Müzəffər Ordumuzun döyüş meydanında göstərdiyi rəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi nəticəsində şəhidlərimizin ruhunun şad olduğunu bildirib.

 

Ceyhun Məmmədov hər bir azərbaycanlıda qürur hissi oyadan, 1990-cı il 20 Yanvar tarixində ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş insanların xatirəsinin heç vaxt unudulmayacağını, xalqımızı daha da birləşdirən bu faciənin gələcək nəsillər tərəfindən hər zaman anılacağını, Qanlı Yanvarın Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını təcəssüm etdirdiyini bildirib.

 

Daha sonra çıxış edən Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb. Qeyd edib ki, bu qətliam ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.

 

Mərkəzi Gömrük Hospitalının baş həkimin müavini Bəxtiyar Musayev isə çıxışında Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisasının alındığını vurğulayıb. Bildirib ki, ərazi bütövlüyümüzün təmin olunması şəhidlərimizin qanının hədər getmədiyini sübuta yetirdi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib