Şəki Rayon Mərkəzi Xəstəxanasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
19.01.2022 13:53

Bu gün "Şəki Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsdə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

 

Əvvəlcə 20 Yanvar faciəsində və 44 günlük Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan "Şəki Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktor müavini Sərxan Musayev xalqımızın azadlıq tarixinə qanla yazılan faciə və onun səbəbləri barədə danışıb. Bildirib ki, 20 Yanvar qətliamı xalqımızın azadlıq uğrunda dinc mübarizəsinə qarşı yönəldilən, xaincəsinə təşkil olunan bir qəsd idi. Bu qəsd həm də sivil dünyaya, insanlığa yaraşmayan bir vəhşilik idi.

 

Direktor müavini qeyd edib ki, həmin gecə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. O, yalnız ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verildiyini diqqətə çatdırıb.

 

Sərxan Musayev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın qələbə əzmi və Müzəffər Ordumuzun döyüş meydanında göstərdiyi rəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi nəticəsində şəhidlərimizin ruhunun şad olduğunu vurğulayıb.

 

O, hər bir azərbaycanlıda qürur hissi oyadan, 1990-cı il 20 Yanvar tarixində ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş insanların xatirəsinin heç vaxt unudulmayacağını, xalqımızı daha da birləşdirən bu faciənin gələcək nəsillər tərəfindən hər zaman anılacağını, Qanlı Yanvarın Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını təcəssüm etdirdiyini bildirib.

 

Tədbirdə çıxış edənlər otuz iki il əvvəl Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədilə dinc əhalimizə qarşı törədilmiş amansız və dəhşətli qətliamın müxtəlif aspektlərindən bəhs ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib