Mamalıq-ginekologiya ixtisası üzrə rezidentlərin seminarı keçirilib - Foto
19.01.2022 12:24
ATU-nun Tədris Cərrahiyyə Klinikasında mamalıq-ginekologiya ixtisası üzrə rezidentlərin növbəti seminarı keçirilib.
 
2014-cü ildən etibarən ənənəvi olaraq təşkil edilən bu kimi tədbirlərdə rezidentlər əvvəlcədən planlaşdırılmış aktual mövzular üzrə hazırladıqları məruzələri təqdim edirlər. Bu dəfə də seminarda maraqlı mövzular üzrə məruzələr dinlənilib.
 
Aztibb.az xəbər verir ki, tədbirin əvvəlində ATU-nun 1-ci mamalıq ginekologiya kafedrasının müdiri, prof. Elmira Əliyeva və ATU Tədris Cərrahiyyə Klinikasının rezidentlər üzrə məsul şəxsi, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov giriş sözü ilə çıxış ediblər.
 
Seminarda həkim rezident İlahə Çərkəzli "USM və hamiləlik" aktual mövzusunda məruzə ilə çıxış edib. Məruzədə 1-ci trimestrdə hamiləliyin patologiyasının aşkarlanması, 2-ci və 3-cü trimestrlərdə hamiləliyin inkişafına dair məsələlər yer alıb.
 
Məruzədən sonra sual-cavab sessiyası keçirilib.
 
Qeyd edək ki, seminarda həmçinin ATU-nun Tədris Cərrahiyyə Klinikasının və 1 -ci mamalıq ginekologiya şöbəsinin rezidentləri iştirak ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib