Uzman həkim aterosklerozlu xəstələrin ümumi qidalanma qaydalarını AÇIQLAYIB
18.01.2022 10:52
Tibbdə ateroskleroz kimi tanınan damar sərtliyi xüsusilə 45 yaşdan yuxarı şəxslərdə daha çox rast gəlinir. Müalicə edilməzsə, geri dönməz nəticələrə səbəb ola bilər.
Bu barədə məlumat verən ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bildirib ki, elastikliyini itirmiş və daralmış damarlardan qan axınının məhdudlaşdırılması aterosklerozun əsas nəticəsidir. Onun sözlərinə görə, damarlarda olan bu problemlərə görə qan lazım olan orqanlara lazımi vaxtda və lazımi miqdarda çatdırıla bilmir.
"Başda infarkt və beyin qanaması olmaqla, ən çox ölümə səbəb olan bir çox xəstəliklərin altında yatan əsas səbəb aterosklerozdur. Alınması lazım olan tibbi tədbirlər xaricində istehlak edilən qidalar birbaşa ateroskleroz problemi ilə əlaqədardır. Birbaşa qidalanma ilə əlaqəli olan bu narahatlıq, yanlış qidalanma vərdişləri davam etdiyi müddətcə pis nəticələrə səbəb olar", - deyə həkim bildirib.
Cabir Gülmalıyev qeyd edib ki, xolesterol və doymuş yağlarla zəngin bir pəhriz lipid səviyyəsini artırır. Bu şəkildə yanlış qidalanma hərəkətsizliklə yanaşı, piylənməyə də səbəb olacaq: "Aterosklerozlu pasiyentin pəhrizində yağdan alınan enerji miqdarı 30%-dən çox olmamalıdır".
Uzman həkim aterosklerozlu xəstələrin ümumi qidalanma qaydalarını sadalayıb:
- Meyvə və tərəvəzlərlə zəngin pəhriz;
- Doymuş yağlar yerinə zeytun yağı və ya qarğıdalı yağı kimi bitki yağları istehlak edilməlidir;
- İçalat istehlakından qaçınmaq lazımdır;
- Ətin yağsız hissələrinə üstünlük verilməlidir;
- Toyuq dərisi istehlak edilməməlidir;
- Qızardılmış yeməklər yerinə bişmiş qidalara üstünlük verilməlidir;
- Ətlər yağlı qidalar olduğundan əlavə yağ istifadə edilməməlidir;
- Gündəlik duz istehlakı 6 qramla məhdudlaşdırılmalıdır;
- Soğan, moruq və portağal kimi antioksidantlarla zəngin pəhriz yaradılmalıdır;
- Siqaret dayandırılmalı və gündəlik 30 dəqiqəlik gəzinti və ya orta fiziki fəaliyyətlə məşğul olmaq lazımdır (müntəzəm fəaliyyət LDL (pis xolesterini) azaldır).
Bu bölməyə aid digər xəbərlər
Rusiyalı mütəxəssis: "COVID-19 keçirən insanların təxminən 90 faizində yaddaş pozuntuları müşahidə olunur"
24.10.2026 | 17:17
Yeni elmi yanaşma Altsheymer xəstəliyinin daha dərindən öyrənilməsinə imkan yaradacaq
24.10.2026 | 16:09
Anestezioloqlar əməliyyatdan sonra ürəkbulanma riskini azaltmağın yolunu tapıblar
24.10.2026 | 15:12
Qaragilə - ürəyin sağlamlığına təbiətin töhfəsi
24.10.2026 | 13:06
Uşaqların erkən yaşda peyvənd olunması niyə vacibdir?
23.10.2026 | 11:11
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41

