“Tibb müəssisələrində Həkim Məsləhət Komissiyasının işinin təşkili və idarə olunması” mövzusunda təlim keçirilib
17.01.2022 13:10

13-15 yanvar tarixlərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Gəncə Birləşmiş Şəhər Xəstəxanasında “Tibb müəssisələrində Həkim Məsləhət Komissiyasının işinin təşkili və idarə olunması” mövzusunda təlim keçirilib.  

 

Təlimdə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının, Mingəçevir, Yevlax və Şəmkir şəhər, Samux, Goranboy, Göygöl, Daşkəsən, Kəlbəcər, Xocalı, Ağdaş, Naftalan, Bərdə, Tərtər, Ağstafa, Qazax, Tovuz və Gədəbəy rayon mərkəzi xəstəxanalarının direktorları, həmin xəstəxanaların nəzdində fəaliyyət göstərən həkim məsləhət komissiyalarının sədrləri, poliklinika şöbələrinin və ailə sağlamlıq mərkəzlərinin müdirləri, Agentliyin Gəncə, Mingəçevir və Şəmkir  filiallarının rəhbərləri iştirak ediblər.

 

İştirakçılara Həkim Məsləhət Komissiyasının işinin təşkilində istinad olunan hüquqi sənədlər, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilmə Qaydası”, “Əmək qabiliyyəti olmamaq vərəqələrinin təmin edilməsi, qeydiyyatı saxlanılması və doldurulması Qaydası”, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” haqqında ətraflı məlumat verilib.

 

Təlimdə həmçinin “Həkim Məsləhət Komissiyasının rəylərinin qeydiyyatı kitabının təhlili”, “Əmək qabiliyyətinin itirilməsi vərəqələrinin qeydiyyatı kitabının təhlili” və “Tibbi-Sosial Ekspert Komissiyasına verilən göndərişin (TQS № 088) təhlili” mövzularında təqdimatlarla çıxışlar edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

 

Məruzəçi qismində Agentliyin Tibb planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Əlillik məsələləri üzrə nəzarət şöbəsinin əməkdaşları, Pirallahı Tibb Mərkəzinin direktoru Azər Zeynalov, 13 nömrəli Şəhər Poliklinikasının baş həkimi Elnarə Hüseynova, 20 nömrəli Şəhər Poliklinikasının baş həkiminin inzibati məsələlər üzrə müavini Tahirə Əfəndiyeva, 22 nömrəli Şəhər Poliklinikasının baş həkimi Aydın Əhmədov, 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim nevropatoloqu Elşad Əliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin sektor müdiri Məmməd Xasıyev çıxış ediblər.

 

Qeyd edək ki, respublika üzrə fəaliyyət göstərən tibb müəssisələrinin həkim məsləhət komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədini daşıyan analoji təlimlər ötən ay şimal bölgəsindəki tibb müəssisələrinin əməkdaşları üçün keçirilib. Hazırda TƏBİB-in tabeliyindəki 143 tibb müəssisəsi tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququna malikdir. Həmin  tibb müəssisələrinin siyahısı ilə buradan tanış olmaq olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib