Nadir uşaq xəstəliklərindən olan “I tip Tirozinemiya”ya dair elmi-praktik konfrans keçirilib
17.01.2022 10:29

“Baku Marriott Boulevard Hotel”də nadir uşaq xəstəliklərindən olan “I tip Tirozinemiya”ya dair elmi-praktik konfrans keçirilib.

 

Tədbiri giriş nitqi ilə Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, t.ü.f.d. Allahverdi Musayev açaraq konfransın əhəmiyyətini vurğulayıb. Bildirib ki, elmi-praktik tədbirin məqsədi uşaqlarda rast gəlinən nadir xəstəliklərlə mübarizə ilə bağlı məsələlərə ictimaiyyətin diqqətini artırmaq və bununla əlaqədar əhalini məlumatlandırmaqdır. A.Musayev mütəxəssislərin məruzələrinin və aparılacaq müzakirələrin Tirozinemiyanın inkişafına töhfə verəcəyini söyləyib.

 

Daha sonra Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı, uzman həkim Raminə Rzayeva “Nə zaman metabolik xəstəlik düşünək?” və “Tirozinemiya” və uşaq qastroenteroloqu uzmanı Anar Tağıyev “Uşaqlarda 1-ci tip irsi Tirozinemiya xəstəliyi, kliniki hallar təqdimatı” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Məruzəçilər “I tip Tirozinemiya” xəstəliyi ilə bağlı elmi araşdırmaları, həmçinin digər mühüm məlumatları iştirakçıların diqqətinə çatdırıblar.

 

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Neftçalada tibbi aksiya: “Erkən müayinə can qurtarır!”