Klaustofobiyadan necə qurtulmaq olar? - Mütəxəssis rəyi
07.09.2020 14:14

Klaustofobiya, yəni qapalı məkanda qalmaq qorxusu, ən çox liftlərdən istifadə zamanı özünü büruzə verir. İnsanlarda nəfəs darlığı, baş gicəllənməsi, göz qaralması kimi hallar yaranır. Mütəxəssislərin dediyinə görə, bu vəziyyət daha çox düşüncələrin düzgün idarə olunmamasından asılıdır.

 

Aztibb.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərovanın AZƏRTAC-a verdiyi məlumata görə, belə fobiyanın yaranmasında çox vaxt genetik faktor rol oynayır, lakin uşaq yaşlarında müxtəlif travmaların yaşanması da ciddi əhəmiyyət kəsb edir: “Bəzən valideynlər uşağa cəza verərkən onu qaranlıq otağa, zirzəmiyə salır, yaxud vahiməli filmlərdəki səhnələrlə qorxudur və bu halda bəzən nəfəs darlığı deyilən bir düşüncə yaranır. Əslində isə yaranan nəfəs darlığı yox, həyəcan pozuntusudur”.

 

Fobiyanın yaranma səbəbi müəyyən edildikdən sonra müalicəyə başlamaq olar. Psixoloqun dediyinə görə, həmin qorxu müxtəlif mərhələlərlə aradan qaldırılır: “İlk növbədə, düşüncələr üzərində koqnitiv iş aparılmalıdır. Sonra isə ev tapşırığı olaraq ekspozisiyalar verilir. Məsələn, əvvəlcə açıq liftə girib çıxmaq, ikinci tapşırıq liftə minəndə özünə nəzarəti saxlamaq şərtilə dərindən nəfəs alaraq bir mərtəbə qalxıb-düşməkdən, sonrakı tapşırıq isə iki, üç və daha çox mərtəbə qalxıb-enməkdən ibarət olur”.

 

Liftin dizaynı da fobiyanın aradan qaldırılmasında rol oynayır. İçəridə güzgünün olması fikri bir qədər yayındıraraq qismən də olsa, qorxudan uzaqlaşmağa səbəb olur.

 

Lakin bütün cəhdlərə baxmayaraq, düşüncələri idarə etmək mümkün deyilsə və müxtəlif narahatlıqlar yaranırsa, onda dərman müalicəsinə başlanılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib