Ürək xəstəliklərinin qeyri-adi SİMPTOMLARI - SİYAHI
07.09.2020 13:58

İngilis Ürək Fondunun mütəxəssisləri ürək xəstəliklərində qeyri-adi simptomlarla qarşılaşıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.

 

Aztibb.az Medikforum.ru-ya istinadən xəbər verir ki, ürək xəstəliyi - ürək əzələsinin hər hansı bir xəstəliyidir. Ürəklə yanaşı qan damarları və qan dövranı problemləri ilə xarakterizə olunan ürək-damar xəstəliklərindən fərqli olaraq, ürək xəstəliyi orqanın özündə deformasiyalar meydana gətirir.

 

Həmən simptomları təqdim edirik:

 

Diş ağrısı. Ürək xəstəliyi bəzən beyindən ürək və ağciyər daxil olmaqla bədənin müxtəlif orqanlarına keçən vagus sinirinin yerləşməsi səbəbindən diş ağrısı ilə müşayiət edilir. Bəzi hallarda bu ağrı infarkt əlaməti də ola bilər.

 

Şişkinlik. Toxumalarda mayenin tutulması, ayaqlarda və qarında şişkinlik ürək çatışmazlığı əlamətləri ola bilər. 

 

Ürək bulanması. Amerika Ürək Assosiasiyasına görə, ürək bulanması daha çox qadınlarda rast gəlinən infarkt xəbərdaredici əlamət ola bilər.

 

Qarın ağrısı. Xəstələr infarkt ağrısını qarın ağrısı kimi izah edir. Bu ağrı bir neçə dəqiqədən çox davam edir.

 

Tərləmə. Bir adam tərləməyə başlayırsa, sinə, qol, boyun və ya çənədə narahatlıq hiss edərsə, bu, ürək xəstəliyinə işarə edə bilər.

 

Yoğun boyun. Adətən bel ölçüsü ürək xəstəliyi riski ilə əlaqələndirilir, lakin mütəxəssislər boynun ölçüsünün də vacib olduğunu qeyd edib. Həkimlər xəbərdarlıq edir ki, boynun kişilərdə 16 düymə (40,64sm) və ya daha çox, qadınlarda isə 13 düymə (33,02sm) və ya daha çox olması yüksək qan təzyiqi, yüksək trigliseridlər və aşağı xolesterol ehtimalını göstərə bilər.

 

Erektil disfunksiya. Ürək xəstəliyi tez-tez arteriyalarda xolesterol lövhələrinin yığılması ilə müşayiət olunur. Sağlam qan dövranını pozaraq, kişilərdə potensial problemlərə də kömək edir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib