Pandemiya niyə tezliklə bitəcək? Virusoloq izah etdi
15.01.2022 15:31
ABŞ Qlobal Viroloji Şəbəkə Mərkəzinin direktoru Konstantin Çumakov koronavirus pandemiyasının niyə tezliklə bitə biləcəyini açıqlayıb.
 
“2-3 ildən artıq davam edəcək bir pandemiya olmayıb. Bundan əvvəl yayılan ispan qripi həqiqətən bəşəriyyət üçün ciddi sınaq oldu. Müxtəlif hesablamalara görə, 50 milyondan 100 milyona qədər insan həyatını itirdi. Amma bu da iki il yarıma başa çatdı. Və bu virus getmədi, sadəcə mövsümi qripə çevrildi”, – deyə Konstantin Çumakov bildirib.
 
Aztibb.az xəbər verir ki, virusoloq o zaman peyvəndin olmadığını qeyd edib: "Hamı sadəcə xəstələnirdi. Nəticədə əhalinin immuniteti formalaşdı".
 
“Virusun başqa gedəcək yeri yoxdur, dövr edir, yoluxdurur, lakin ciddi xəstəlik törətmir”, – Konstantin Çumakov əlavə edib.
 
Onun sözlərinə görə, hamı xəstələnməli olacaq: “Virus çox dəyişib. Əvvəllər köhnə variantları uşaqlar üçün təhlükəsiz idi, gənc və orta yaşlı insanlar daha çox xəstələnirdi. İndi uşaqlar daha çox xəstələnir və xəstəxanalara düşür. Bunun boş bir şey kimi düşünməyin”.
 
Virusoloq Omikronun əsas əlamətlərini də sadalayıb – baş ağrısı, burun axması, qoxubilmə itkisi, öskürək, burunda qıcıqlanma.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib