Bakıda ilk dəfə olaraq “Xəzərin gözü” oftalmoloji seminar keçirilib
15.01.2022 11:32

Yüksək miopatiyası və astiqmatizmi olan bəzi xəstələrdə ekzimer lazer əməliyyatı vasitəsilə eynəkdən qurtulmaq mümkün deyil. Həmin xəstələri ən müasir üsulla xüsusi linzalardan istifadə edərək eynəklərdən azad etmək olur. Bu, çox unikal bir əməliyyat sayılır.

 

Yanvarın 14-də Bakıda “Caspian International Hospital”ın təşəbbüsü və Türkiyənin İzmir şəhərindəki Kaşkaloğlu Göz Xəstəxanasının oftalmoloqlarının iştirakı ilə ilk dəfə olaraq keçirilən “Xəzərin gözü” seminarında “Caspian International Hospital”ın oftalmoloq-cərrahı Cahid Şahbazov yüksək nömrəli eynəklərdən istifadə edən, ekzimer lazer əməliyyatlarına uyğun olmayanlar üzərində müasir linza əməliyyatlarına dair fikir mübadiləsi aparıb.

 

Türkiyəli oftalmoloq-cərrah, professor Mahmud Kaşkaloğlunun moderatorluğu ilə keçirilən seminarda azərbaycanlı oftalmoloq-cərrah son bir ildə multifokal linzaların implantasiyasından sonra əldə olunan nəticələrin hesabatını təqdim edib.

 

Seminarda Türkiyənin Ege Universitetinin professorları Mahmut Kaşkaloğlu “Multifokal linzalarda xəstə seçimi və əməliyyatdan sonrakı idarəetmə”, Tansu Erakgün “Vitreoretinal cərrahiyyədə yeniliklər”, İzmirdəki Kaşkaloğlu Göz Xəstəxanasının oftalmoloq-cərrahı Bilgehan Sezgin Asena “ICL implantasiyası üçün göstərişlər, texniki və əməliyyatdan sonrakı idarəetmə” və “Caspian International Hospital”ın oftalmoloq-cərrahı Cahid Şahbazov “Qlaukomanın erkən diaqnostikası. Hədəf GDT. Müasir beynəlxalq tövsiyələrə uyğun yanaşma” məruzələri ilə çıxış ediblər.

 

Seminarda cərrah-oftalmoloq Cahid Şahbazov canlı yayımda göz daxilinə linza yerləşdirilməsi əməliyyatını yerinə yetirib.

 

Sonra oftalmoloqları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edilib ki, gələcəkdə seminarın ənənəvi olaraq keçirilməsi nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib