Tədris Terapevtik Klinikasında "Nevroloji müayinə" mövzusunda seminar keçirilib
14.01.2022 15:49
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın və həkim-rezidentlərinin iştirakı ilə “Nevroloji müayinə” mövzusunda seminar keçirilib.
 
Seminarda çıxış edən klinikanın Nevrologiya şöbəsinin həkim-rezidenti Turan Mirzəyeva nevroloji müayinənin metodları barədə ətraflı məlumat verib.
 
Həkim bildirib ki, nevroloji müayinə ilk olaraq anamnezin toplanmasından başlayır. Düzgün götürülən anamnez diaqnozun qoyulmasında mühüm əhəmiyyət kəsb edir.
 
Onun sözlərinə görə, daha sonra ardıcıl olaraq ali beyin fəaliyyətinin qiymətləndirilməsi, kəllə beyin sinirlərinin müayinəsi, hərəki sistem, reflekslər, serebellar müayinələr, vegetativ sinir sisteminin müayinəsi, meningeal simptomlar qiymətləndirilir: "Nevroloji müayinənin sırası xəstələrin xüsusiyyətlərinə və müayinə edən həkimin vərdişlərinə görə dəyişə bilər. Amma ardıcıllığın necə olmasından asılı olmayaraq əlamətlərin müəyyən bir sxem şəklində qeyd edilməsi vacibdir. Beləliklə, həm müayinənin nəticələrini oxuyan başqa bir həkim xəstəni asanlıqla qiymətləndirə bilir, həm də müayinənin qüsursuz şəkildə aparılması mümkün olur".
 
T.Mirzəyeva qeyd edib ki, nevroloji müayinə zamanı doğru anamnez, dəqiq nevroloji status götürülməklə, digər uyğun laborator və müayinələrə əsasən diaqnoz qoyulur.
 
Sonda klinikanın həkim-rezidentləri ilə birgə mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib