Bir sual, bir cavab – COVID-19 diabetə necə təsir edir?
14.01.2022 12:46
Diabeti olan xəstələrdə hər hansı bir xəstəlik, o cümlədən COVID-19 zamanı aşağı müqavimət, yəni bədənin patogenin öhdəsindən gələ bilməməsi, ürək-damar, tənəffüs sistemi, mərkəzi sinir sistemi tərəfindən ağırlaşmalar və s. hallar xarakterikdir.
 
Qanın yoluxmasının yüksək riski, pnevmoniyaların ağır və uzun müddət davam etməsi, habelə tənəffüs çatışmazlığı ehtimalı ciddi təhlükə yaradır.
 
COVID-19-a yoluxduqda qanda şəkərin səviyyəsini nəzarətdə saxlamaq, qlikemik indeksi vaxtında korreksiya etmək vacibdir. Əks halda patogen mikrofloranın çoxalması üçün əlverişli mühit yaranır, pnevmoniya müalicəsi çətinləşir, sözün əsl mənasında artıq zəifləmiş orqanizm daha da tükənir.
 
Ölümlərin 10%-dən çoxu ürək-damar patologiyaları olan COVID-19 xəstələrində baş verir.
 
Diabeti olanların koronavirus xəstəliyinə tutulmaq riski yüksəkdir, lakin virusa yoluxma mexanizmi insandan insana müxtəlif ola bilər. Koronavirus infeksiyasının qarşısının alınması üçün belə xəstələrin ilk növbədə gündəlik preventiv tədbirlərə əməl etməsi vacibdir. İmmuniteti gücləndirməklə, həmçinin pəhriz qaydalarına əməl etməklə, xəstəliyin mənfi təsirini minimuma endirmək olar.
 
Orqanizmin müqavimətinin gücləndirməsinin əsas yolları düzgün qidalanma, müntəzəm idman, istirahət və normal yuxu rejimidir. Bu xəstələrin müalicəsində pəhriz mühüm rol oynayır və şəkərin səviyyəsinin normal qalmasına kömək edir.
 
Həkim-endokrinoloq Səmayə Əliyeva
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib