Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin tərkibindəki qurumların nəzdində Etik Komitənin təşkili ilə bağlı müzakirələr aparılıb
14.01.2022 11:01
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, professor Vüqar Məmmədovla görüş keçirilib.
 
Görüşdə Tibbi Xidmət İdarəsinin rəis müavinləri - t.f.d., dosent İsmayıl Əfəndiyev və Dr. Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkiminin müavini Rəna Qasımova, eləcə də Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov iştirak ediblər.
 
Tədbirin keçirilməsində məqsəd Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin tərkibində olan qurumların yanında Etik Komitənin təşkili ilə bağlı məsələlərin müzakirəsi olub.
 
Prof. Vüqar Məmmədov bioetik komitələrin yaradılmasının əhəmiyyəti, onların məqsəd və vəzifələri, strukturu, fəaliyyət prinsipləri və bu sahədə mövcud olan dünya praktikası haqqında ətraflı məlumat verib. O, həmçinin bioetik komitələrin işi ilə əlaqədar təcrübəsini görüş iştirakçıları ilə bölüşüb, bu komitələrin fəaliyyəti ilə bağlı Azərbaycandakı mövcud durumdan danışıb.
 
Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, bu sahədə görüləcək ilkin işlərə dair razılığa gəlinib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib