Böyrək transplantasiyasından sonrakı xəstələrdə COVID-19-un klinik təhlilinə dair müzakirələr aparılıb
13.01.2022 14:10
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın və həkim-rezidentlərinin iştirakı ilə “Böyrək transplantasiyasından sonrakı xəstələrdə COVID-19-un klinik təhlili” mövzusunda seminar keçirilib.
Tədbirdə çıxış edən klinikanın Nefrologiya şöbəsinin həkim-rezidenti Ülviyyə Nağızadə böyrək transplantasiyasından sonra koronavirus keçirmiş xəstələr və onların müalicə metodları barədə ətraflı məlumat verib.
Bildirib ki, 2020-ci ildə böyrək transplantasiyası əməliyyatı icra olunmuş xəstə bir il sonra halsızlıq, boğulma, sidik ifrazının azalması şikayətləri ilə xəstəxanaya daxil olub. Aparılan müayinələr nəticəsində ağciyərlərdə 90% buzlu şüşə və eyni zamanda, oliqouriya müşahidə olunub: "Qanda kreatinin 325 mg/dl idi. Xəstəyə antiviral müalicə başlandıqdan sonra, ambulator şəraitdə aldığı immunsupressiv müalicə ilk 3 gün müddətində dayandırılıb, lakin sonrakı müayinə və müalicələrə əsasən immunsupressiv dərman terapiyası davam etdirilib. 3 həftəyə yaxın aparılmış müalicə fonunda xəstənin sidik ifrazı tam bərpa olunub, qanda kreatinin miqdarı 220 mg/dl təşkil edib".
Həkimin sözlərinə görə, xəstədə ilkin olaraq kəskin böyrək zədələnməsi diaqnozu müəyyənləşdirilib. Aparılan müalicə nəticəsində böyrək dəyərləri, sidik ifrazı bərpa olunub və bazis immunsupressiv terapiyası ilə nefroloq nəzarəti altında xəstə evə buraxılıb.
Sonda klinikanın digər həkim-rezidentlərilə birgə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

