Qəlyan ağır xəstəliklərə yol açır - Araşdırma
07.09.2020 11:19

Son zamanlar gənclər arasında qəlyanın siqaretdən daha az ziyanlı olmasına dair yanlış məlumatlar yayılıb. 

 

Aztibb.az xəbər verir ki, aparılan tədqiqatlar qəlyanın siqaret çəkməkdən daha ziyanlı olduğunu göstərir:

 

Qəlyanda tüstü su filtrdən keçir. Qəlyan çəkənlərin fikrinə görə, bu zaman tüstü ziyanlı maddələrdən tam "təmizlənir". Lakin su tüstünü ziyanlı maddələrin az bir qismindən təmizləyir, əsas hissəsi isə qalır.

 

Araşdırmalar göstərir ki, 1 saat ərzində qəlyan çəkən insan 1 siqaret çəkənlə müqayisədə 100-200 dəfə daha çox tüstü udur. Bu zaman onun orqanizminə daxil olan dəm qazının miqdarı 1 qutu siqaret çəkən insanla eynidir. Dəm qazı ən güclü zəhərlərdən biridir.

 

Qəlyan çəkən insanda siqaret çəkənlərlə müqayisədə, tüstü ağciyərin daha dərin hissələrinə daxil olur ki, bu da daha ağır pozulmaların inkişafına səbəb olur.

 

Qəlyan çəkən insanlar birdəfəlik müştükdən istifadə edir və onların fikrinə görə, bu "sterilliyi" təmin edir. Lakin birdəfəlik müştük qəlyan çəkən insanı infeksiya və mikroblardan qorumur. Mikroblar qəlyan şlanqlarında və qabda toplanır. Hər qəlyan çəkən insandan sonra bu şlanq və qab yaxşı-yaxşı yuyulmalıdır. Təbii ki, bu hər dəfə baş vermir və nəticədə insanda infeksiyalara yoluxma riski yüksək olur.

 

İsrail alimləri araşdırmalar zamanı aşkar ediblər ki, qəlyan çəkmək qida borusu və ağciyər xərçəngi riskini xeyli artırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib