Mikrobioloq alim Məmməd Salmanovun 90 yaşı tamam olur
12.01.2022 10:54

Bu gün tanınmış mikrobioloq alim, “Şöhrət” ordenli, AMEA-nın Mikrobiologiya İnstitutunun baş elmi işçisi, akademik Məmməd Salmanovun 90 yaşı tamam olur.

 

Aztibb.az xəbəbr verir ki, Məmməd Əhəd oğlu Salmanov 12 yanvar 1932-ci ildə İrəvan mahalının Uluxanlı-Zəngibasar rayonunun Qaraqışlaq kəndində anadan olub. O, 1955-ci ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Baytarlıq fakül­təsini fərqlənmə diplomu ilə bitirib.

 

Alim AMEA-nın Zoologiya İnstitutunda, Mikrobiologiya İnstitutunda böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində işləyib. 1999-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Ümumi biologiya və genetika kafedra­sının müdiri olub. 2002-2020-ci illərdə AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru vəzifəsində çalışıb. Hazırda həmin müəssisənin baş elmi işçisi kimi fəaliyyət göstərir.

 

Məmməd Salmanov 1960-cı ildə “Mikrobiologiya” ixtisası üzrə elmlər namizədi, 1982-ci ildə elmlər doktoru elmi dərəcəsini, 1996-cı ildə isə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib.

 

Akademik Məmməd Salmanovun əsas elmi fəaliyyəti Azərbaycanda su mikrobiologiyasının əsasının qoyulması və inkişaf etdirilməsi ilə bağlıdır. Belə ki, ölkənin bütün su hövzələrinin, o cümlədən də Xəzər dənizinin mikrobioloji, eləcə də ekoloji və hidrobioloji aspektləri baxımından araşdırılması onun birbaşa rəhbərliyi və iştirakı ilə həyata keçirilib. Son 50 ildə Xəzər dənizində, 5 dövlət ərazisi üzrə Kür, Araz çaylarında və hövzə boyu onların əsas qollarında, illər və fəsillər üzrə Məmməd Salmanov tərəfindən ilk dəfə həyata keçirilmiş monitorinq yönümlü fundamen­tal mikrobio­loji və ekoloji tədqiqatlar mühüm əhəmiyyət daşıyır.

 

Alim 385 elmi əsərin, o cümlədən 6 monoqrafiya, 3 kitab və 1 paten­tin, 280-dan çox oçerk, elmi-populyar məqalənin müəllifidir. Alimin monoqrafi­ya­ları Rusiya (“Nauka”) və İranın (“Rəşt”) nəşriyyatlarında da dərc olunub. Onun elmi rəhbərliyi ilə 20 fəlsəfə doktoru hazırlanıb.

 

Tanınmış alim 2002-ci ildə AMEA-nın Fəxri fərmanı, 2005-ci ildə “Şöhrət” ordeni, 2022-ci ildə isə ölkəmizdə elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub