"Travmatologiya və ortopediya" mövzusunda konfrans keçirilib
09.01.2022 14:02

Bakı Sağlamlıq Mərkəzində "Travmatologiya və ortopediya" mövzusunda konfrans keçirilib.

 

Tədbiri giriş sözü ilə Mərkəzin baş həkimi Elxan Hacıyev açaraq ölkəmizdə son zamanlar səhiyyə sisteminin idarə edilməsinin təkmilləşdirilməsinə, tibbi müəssisələrin maddi-texniki bazasının genişləndirilməsinə, yeni tibbi texnologiyaların tətbiqinə yönəlmiş tədbirlərin həyata keçirildiyini bildirib. O, konfransın işinə uğurlar arzulayıb.

 

Mərkəzin ortoped-travmatoloqu Elviz Qasımovun moderatorluq etdiyi tədbirdə ortoped-travmatoloq Sənan Aşirov "Travmatologiya və ortopediya" mövzusundan məruzə ilə çıxış edib. Məruzəçi travmatologiya və ortopediyanın aktual problemləri, travmatologiya və ortopediyada innovativ texnologiyalar barədə məlumat verib.

 

Mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib