Uşaq evləri və sığınacaqlarında qidalanmanın düzgün təşkili mövzusunda TƏLİM
07.01.2022 15:34
Uşaq evləri və sığınacaqlarında qidalanmanın düzgün təşkili mövzusunda təlim keçirilib.
 
Aztibb.az xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın 2021-ci il 04 iyun tarixli, II nömrəli Qərarına əsasən, keçirilmiş monitorinqlərin yekununa dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) uşaq evləri və sığınacaqlarında qidalanmanın düzgün təşkil edilməsinə dəstək məqsədilə “Uşaq evləri və sığınacaqlarında uşaqların qidalanmasının düzgün təşkili və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri” mövzusunda onlayn təlim keçirib.
 
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrindən ibarət ekspertlər qrupunun üzvlərinin qatıldığı təlim çərçivəsində iştirakçılara bu sahədə mövcud yerli qanunvericiliyin, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələbləri izah edilib, metodiki dəstək göstərilib və iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb.
 
Onlayn təlimdə qida blokunda müvafiq sənədləşmələrin aparılması, qəbul edilən ərzaqların, hazır yeməklərin, mövsümə uyğun menyuların tərtib edilməsi və hazır yeməklərdən sutkalıq nümunələrin seçilib saxlanılması, eyni zamanda uşaq evləri və sığınacaqda yaşayan bir uşaq üçün orta sutkalıq ərzaq normasının müvafiq qərara uyğun hazırlanması, qida blokunun sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qida təhlükəsizliyi sahəsində texniki normativ sənədlərin tələblərinə uyğunlaşdırılması, ərzaq məhsullarının daşınması, qəbulu və saxlanması qaydaları ilə bağlı məlumatlar diqqətə çatdırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib