Alimlərdən yeni mutasiya xəbərdarlığı: Potensial koronavirus mənbəyi ola bilər
06.01.2022 14:53
ABŞ alimləri COVID-19-un maral və digər həssas vəhşi təbiət növləri arasında yayılmasını izləmək və potensial əks reaksiyanı azaltmaq üçün üsullar tətbiq etmək məqsədilə təcili olaraq nəzarət proqramlarının həyata keçirilməsini təklif edib.
 
Aztibb.az xəbər verir ki, heyvanların insanlardan koronovirusa yoluxa biləcəyi məlumdur, lakin məlum halların əksəriyyəti heyvanlarla insanların daim sıx təmasda olduğu zooparklarda baş verib.
 
Digər tərəfdən, koronavirusun insanlara marallardan ötürüldüyünü də təsdiq edən heç bir hadisəsi yaşanmayıb.
 
Ötən ilin noyabr ayında Penn State Universiteti tərəfindən Ayova ştatında marallardan toplanmış 300-ə yaxın nümunə araşdırılıb. Nümunə götürülmüş maralların 80 %-nin testi pozitiv olub.
 
Ohio Əyalət Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma zamanı isə sərbəst gəzən 360 maraldan burun çubuqları ilə götürülmüş test nümunəsinin 129 maralda pozitiv çıxdığı aşkarlanıb. Eyni zamanda, marallarda xəstəliyin hər hansı bir simptomunun görünmədiyi də müəyyən edilib.
 
Digər tərəfdən, tədqiqatçılar COVID-19-un marallar arasında keçərkən mutasiyaya uğraya biləcəyini və potensial olaraq yeni variantlarla nəticələnəcəyi barədə xəbərdarlıq ediblər.
 
Alimlər marallardan virus yoluxmasının insanları təhdid edən yeni potensial koronavirus mənbəyi olacağından narahatdırlar.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib