Zobun yaranmasının əsas əlamətləri 
05.01.2022 17:24
Tibbi dildə "ur", el arasında "zob" adlandırılan xəstəlik həmişə narahatlıq doğurub. Ötən əsrin 60-cı illərindən başlayaraq həkim və endokrinoloqların göstərdikləri səylər nəticəsində yod profilaktikası aparılmaqla həmin problem xeyli dərəcədə aradan qaldırılıb.
 
Aztibb.az xəbər verir ki, qalxanabənzər vəz və hormonlar bütün orqanizm və metobolizmə böyük təsir edir.
 
Yod çatışmazlığı zamanı qalxanabənzər vəzin böyüməsi və zobun yaranması baş verir. Bununla əlaqədar səbəbsiz yerə həddən artıq kökəlmə və ya arıqlama, əzələlərdə ağrı, yorğunluq, fikir dağınıqlığı, yaddaşsızlıq, qarında köp və ishal halları artır.
 

Xəstəliyin artmasında həm ətraf mühitin, ekologiyanın çirklənməsi, həm qida məhsullarının tərkibinin dəyişilməsi, stress kimi faktorlar mühüm rol oynayır. Çox vaxt bu xəstəlik özünü hipotireoz əlamətləri ilə büruzə verir. Xəstəliyin diaqnostikası həm xəstənin şikayətləri, həm də laborator və ultrasəs müayinə vasitəsilə qoyulur və həmin xəstələr isə əsasən əvəzedici hormon müalicəsi alırlar.

 

Zobun əmələ gəlməsinin əsas səbəblərindən biri yod tərkibli məhsulların kifayət qədər qəbul edilməməsidir.

 

Tərkibində çox yod olan məhsullar:

 

  • Balıq: siyənək, kambala, treska, paltus, dəniz xanı balığı, tunes, qızıl balıq.
  • Meyvələr: apelsin, limon, banan, yemiş, üzüm, ananas, çiyələk, alma, xurma.
  • Süd, yumurta, yağ, dana əti.
  • Tərəvəzlər: sarımsaq, qırmızı turp, çuğundur, kartof, kök, pomidor.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib