Omikronun yeni simptomu: Yalnız yatarkən baş verir
05.01.2022 13:30
Omikronun son zamanlar artan yeni bir simptomu müəyyən edilib. Bu qorxulu simptom tez-tez edilən şikayətlərdən sonra simptom olaraq bilinib.
 
Aztibb.az xəbər verir ki, bütün dünyada artan COVID-19 simptomlarına yenisi əlavə edilib. Yuxu iflici kimi tanınan bu yeni əlamətin izahı Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin saytında verilib.
 
Yuxu zamanı baş verən, başqa bir simptom olan gecə tərləmələri daha əvvəl məlum idi. Ancaq yeni hesabatlarda yuxu iflicinin tez-tez baş verdiyi qeyd olunur.
 
Yuxu iflici hissi onu yaşayanlar üçün çox dəhşətli bir hal olaraq təsvir edilir. Böyük Britaniya Milli Səhiyyə Xidməti bu simptomun zərərsiz olduğunu və insanların çoxunun həyatında bir və ya iki dəfə bunu yaşayacağını bildirsə də, bir çox insanlar bu simptomdan kifayət qədər narahat olduqlarını bildirirlər.
 
Yuxu iflici vəziyyəti kiminsə otağınızda olduğunu və ya nəyinsə sizi aşağı itələdiyini hiss etdiyiniz an kimi təsvir edilir. Qeyd edilir ki, baş verdikdə bu hiss bir neçə dəqiqə davam edə bilər.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib