Omikron səhiyyə sisteminə ciddi təsir edir. Tibbi personal çatışmır!
05.01.2022 12:40
Omikron dalğası xəstəxanaya yerləşdirilən insanların sayını artırır, onlara qulluq edəcək tibbi personalın sayını isə azaldır.
 
Aztibb.az Britaniya mətbuatının məlumatına əsasən xəbər verir ki, Omikrona yoluxan çox sayda insan arasında həkimlər, tibb bacıları və digər səhiyyə işçiləri çoxluq təşkil edir. Digərləri kimi onlar da təcrid edildikləri üçün həmin dövrdə işləyə bilmirlər.
 
Britaniyada dekabrın sonlarından xəstəlik səbəbiylə işə çıxmayan tibb işçilərinin sayı əvvəlki həftəyə nisbətən 54 % artıb. Bu hal digər ölkələrin səhiyyə sistemlərində də müşahidə edilməkdədir və ciddi narahatlıq doğurur.
 
Britaniyadakı xəstəxana və təcili yardım işçilərini təmsil edən "NHS Provayders" təşkilatı bunun səhiyyə sistemində indiyə qədərki ən çətin dövr olduğunu açıqlayıb.
 
Xəstəxanalarda böyüklər üçün çarpayıların 94,5 % doludur. Ötən ilin eyni dövründə bu göstərici 89 % olub.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib