Azərbaycan həkimləri beynəlxalq konfransda məruzə ediblər
05.01.2022 10:08

Misirin İsgəndəriyyə şəhərində Misir Gastro-Hepato Onkoloji Sammitinin onlayn 4-cü Konfransı keçirilib.

 

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti Gülüstan Babayeva, kafedranın dissertantı Emin Məmmədov və rezident Ayçin Həsənova konfransda məruzə ilə çıxış ediblər.

 

İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, 10-dan çox ölkə nümayəndəsi maraqlı çıxışlarla, klinikalardan birbaşa bağlantı ilə endoskopik prosedurlar nümayiş etdirməklə və simulyatorlar üzərində müxtəlif treninqlər göstərməklə konfransa qoşulublar.

 

Gülüstan Babayeva və Ayçin Həsənovanın birgə təqdim etdikləri “Bağırsağın iltihabi xəstəlikləri zamanı maliqnizasiyalar” və Emin Məmmədovun “H.pylori və mədə xərçəngi” mövzusunda məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib