Heyvanın faydaları – TƏBİİ BOTOKS
04.01.2022 09:24

Heyva xalq təbabətində heç də az istifadə olunmayan məşhur meyvələrdən biridir. Qızılgülçiçəklilər fəsiləsinə daxil olan heyvada insan üçün bir çox faydalı və müalicəvi maddələr var. Onlardan 4-5 faizə qədər şəkər, 2 faizə qədər üzvü turşular (alma, limon turşuları), karotin və C vitamini, aşı maddələri, efir yağı, dəmir duzları və s. göstərmək olar. Heyva toxumlarında 14-18 faiz selikli maddələr, 10-20 faiz yağ, 1-2 faiz qətran və çoxlu miqdarda zülal var.

 

Xalq təbabətində heyvanın yarpaqları qurudulub çay kimi dəmlənərək ürək ağrısında sakitləşdirici dərman kimi içilir. Heyvanın mürəbbəsi ürək zəifliyində qüvvətləndirici kimi, eləcə də həzm prosesini yaxşılaşdırıcı kimi çox xeyirlidir. Heyva mürəbbəsi qan azlığına da yaxşı təsir göstərir.


Heyvanın çubuqlarını dəmləyib içdikdə, yuxarı qan təzyiqini normallaşdırır. İç toxumlarını (cecəyini) dəmləyib (dəmləmə 1 saat davam edir) içdikdə, bəlğəmgətirici kimi təsir göstərir. Xalq təbabətində meyvələrini inək yağında bişirib nəfəs yolları xəstəliklərində işlədirlər.

 

Təbii botoks
Dəriyə təbii botoks effekti verən maska hazırlamaq üçün 7-8 ədəd heyva tumunu çıxardıb 1 stəkan ilıq suda, ağzı açıq şəkildə 1 gün saxlayın. Jele kimi bir məhlul alınacaq. Onu üzə, boyuna sürtün və 20 dəqiqə dərinizdə saxlayın. Üzünüzü ilıq suyla yuyun. Tez başa gələn maska dərini yumşaldır və onun elastikliyini bərpa edir, qırışları azaldır. Yaxşı nəticə üçün maskanın 20 gün müddətində müntəzəm istifadəsi şərtdir.


Qeyd edək ki, su yerinə gül suyu da istifadə edə bilərsiniz. Əlbəttə, bu daha yaxşı effekt verər.


Heyva maskası 
Heyva dilimləri ilə üzü silmək qırışlara və dəridəki solğunlu aradan qaldırmaq üçün ideal vasitədir.


Yağlı dəri üçün heyva suyu 
Dəymiş bir heyvanı sürtgəcdən keçirərək suyunu çıxarın. Bu suya pambıq batıraraq dərinizi silin. Yağlı dərilər üçün mükəmməl təmizləyicidir. Həmçinin çillərin rənginin açıq şəkildə açılmasını təmin edir.


Təmizləyici heyva maskası
1 heyvanı ürtgəcdən keçirin, içinə 1 yumurta ağı əlavə edib qarışdırın, üzünüzə sürtün. 15-20 dəqiqə gözlədikdən sonra yuyun. Bu maska qırışlar və yağlı dəri tipinə uyğundur. Bundan başqa dəridə təmizləyici, təravətləndirici və canlandırıcı təsiri var.


Yağlı saçlara heyva maskası 
30 qram heyva tumlarının üzərinə 1 stəkan su töküb 1 saat saxlayın. Sonra zəif odda qaynadıb süzün. Bunu isti-isti yağlı saçların dibinə sürtün. Saçlar quruduqdan sonra isti su ilə yaxalayın. Bu maskanı 1 həftə ərzində hər gün etməyiniz məsləhət görülür. Qarışığı soyuducuda saxlaya bilərsiniz.


1 ədəd iri yetişmiş heyvanın tumlarını çıxarıb kub şəklində doğrayın. Üzərinə 2 stəkan su töküb 5 dəqiqə qaynadın və soyumağa qoyun. Qarışıq soyuduqdan sonra saçlarınız dibinə masaj edərək sürtün. 1 saat gözlədikdən sonra saçlarınızı şampun istifadə etmədən yaxalayın.


Yanıqlar üçün heyva
5 ədəd heyvanın tumlarını çıxarın. Ağzı qapalı bir bankanın içinə tumlarını əlavə edərək üzərinə yarım stəkan qaynar su tökün və 5 dəqiqə ərzində yaxşıca çalxalayın. Bu qarışığı yanıqlara gündə 1-2 dəfə sürtün.


Heyva tumunun sağlamlığa faydaları 
Heyva tumu ancaq gözəllik sektorunda deyil, sağlamlıq problemləri ilə əlaqədar da istifadə edilir. Belə ki heyva tumunun bronxitə, öskürəyə, mədə və bağırsaq problemlərinə müsbət təsiri danılmazdır. Heyva tumu ciyərlər üçün də olduqca faydalıdır. Heyva yarpağı və çiçəkləri soyuqdəymədə və mikroblarla bağlı narahatlıqlarda istifadə edilə bilər. Uşaqlarda rast gəlinən ishal problemini ortadan qaldırır. Heyva tumu ağız yaraları və qoxusunun qarşısını almaqda da olduqca təsirlidir.


Öskürək: Heyva tumunu alma çəyirdəyi və bal ilə birlikdə qarışdırıb məcun halında qəbul etsəniz və su ilə qaynadıb içsəniz, öskürəyi kəsər.


Sidik yolu iltihabı: Heyva tumunu qaynadıb suyunu şəkərsiz konfetlə içmək sidik yolu iltihabına yaxşı təsir etsə də, acqarına içmək təklif edilir.


Anemiya: Heyva suyu üzüm kompotu ilə bərabər, içildiyi zaman qan azlığı kimi problemləri yox edir. Heyvanın tükləri qanayan yaraya qoyulsa, qanaxmanın qarşısını alır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib