Yay mövsümündə uşaqların qulaqlarını iltihablaşmadan necə qorumalı?
05.09.2020 14:05

Mərkəzi Gömrük Hospitalının uzman otorinolarinqoloqu Aynur Vəliyeva "Facebook" sosial şəbəkəsində “Yay mövsümündə uşaqların qulaqlarını iltihablaşmadan necə qoruyaq?” sualını cavablandırıb.

 

Həkim bildirib ki, dəniz və hovuz suları uşaqlarda qulaq xəstəliklərinə səbəb olur. Qulağa su düşdüyü zaman qulaqda olan kir şişir və qulaqda nəmlik və doluluq hissinin yaradır. Bu vəziyyət uzun müddət davam edərsə, iltihablaşmaya səbəb ola bilər. Belə halların yaranmasının qarşısını almaq üçün dəniz və hovuz mövsümündən əvvəl mütləq şəkildə müayinə üçün otorinolarinqoloqa müraciət olunmalıdır.

 

Onun sözlərinə görə, bakteriya və göbələklər ən çox hovuz sularında artır və infeksiyaya səbəb olur. Belə sularda istifadə olunan xlorlu antiseptik maddələr allergiyası olan uşaqlarda yevstax borusunda ödəm yaradır. Bu ödəm isə orta dərəcəli qulaq iltihablaşmasına səbəb olur. Bu halda medikal müalicə edilməlidir. Qulaq pərdəsi dəlik olan və parasentez boru qoyulmuş uşaqlar qulaq tıxacları olmadan dənizə girməsi tövsiyə olunmur:

 

"Qulaq tıxaclarının taxılması yalnız qulaq pərdəsi dəlik olan insanlara tövsiyə olunur. Əks təqdirdə hava sirkulyasiyası təzyiq fərqi yaratdığı üçün qulaq pərdəsinin deşilməsinə səbəb ola bilər. Qulaq iltihabı xəstəliyinin əlamətlərinə çənə hərəkətləri zamanı qulaqda ağrı və qaşıntı hissi, sarı-yaşıl axıntının olması, qulaqda doluluq hissi, eşitmə azlığı aiddir. Qulaq xəstəliyi olduğu halda qulaqları quru saxlamaq, qulaq tıxaclarından uzunmüddətli istifadə olunmamalıdır.

 

Qulaqlar üçün uyğun mühit Ph 7.2-7.6 arasında olmalıdır. Qulağa su düşdüyü zaman başı yana çevirərək təmiz bezlə qurulamaq lazımdır. Saç fenini 50-60 sm məsafədən qulağa tutaraq qurutmaq lazımdır. İltihablı axıntı olduğu zaman otorinolarinqoloqa müraciət etmək tövsiyə olunur".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib