Mərkəzi Gömrük Hospitalının 2021-ci ilin yekunlarına həsr olunmuş hesabatı dinlənilib
29.12.2021 19:43
29 dekabr 2021-ci il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin 2021-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. Aztibb.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov iclası açaraq, tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
İdarə rəisi Ceyhun Məmmədov bildirib ki, 2021-ci ildə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalı, Sanitar Karantin Xidməti, Elmi-Təcrübi və Tədris Mərkəzi COVID-19 pandemiyası ilə mübarizə istiqamətində uğurla fəaliyyət göstərib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Mərkəzi Gömrük Hospitalının zəruri avadanlıqlarla təchizatı 2021-ci ildə də davam etdirilmişdir. Mərkəzi Gömrük Hospitalının pandemiya dövründə yüksək səviyyədə tibbi xidmət göstərməsi bütün ölkə tərəfindən yüksək qiymətləndirilir.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Elnurə Novruzlu 2021-ci ilin yekunlarına dair maliyyə göstəriciləri, Təsərrüfat, Alqı-Satqı şöbəsi tərəfindən görülən işlər və gələcək planlardan danışıb. Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov 2021-ci ildə müalicə-müayinə işlərinin, yüksək səviyyəli xəstə qəbulu işinin təkmilləşdirilməsi, COVİD-19 xəstələrinə göstərilən tibbi xidmətin səviyyəsinin daha da artırılması, infeksiya nəzarəti sahəsində həyata keçirilmiş tədbirlər və gələcək planlardan danışıb.
Həmçinin, baş həkim Elman Məmmədov qeyd edib ki, Azərbaycanda ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv terapiya şöbəsinin yüksəkixtisaslı həkimləri tərəfindən ən ağır COVID-19 xəstələrinin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) üsulundan uğurla istifadə edilmiş və hazırda Reanimasiya şöbəsində ən ağır kovidli xəstələrin müalicəsindən bu üsuldan istifadə edilir.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım Sanitar-Karantin Xidmətinin 2021-ci il ərzində gömrük-buraxılış məntəqələrində həyata keçirilmiş sanitar-karantin nəzarət fəaliyyəti, görülən işlər, təlimlər və qarşıya qoyulmuş vəzifələr barədə ətraflı məlumat verib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov 2021-ci il ərzində həyata keçirilmiş konfranslar, seminarlar və 2022-ci ildə həyata keçiriləcək fəaliyyət planından danışıb. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev Mərkəzi Gömrük Hospitalında təhsil alan rezidentlərin statistikası, fəaliyyəti, görülən işlər, rezidentlərin uğurları haqqında danışıb.
İsmayıl Əfəndiyev qeyd edib ki, rezidentlərin praktik bacarıqlarının daha təkmilləşdirilməsi çərçivəsində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris Simulyasiya Mərkəzi ilə müqavilə imzalanıb. Həmçinin, rezidentlərə Türkiyə Respublikasında Mevlana mübadilə proqramında, European Region Action Scheme for the Mobility of University Students (Erasmus) rotasiya proqramlarında iştirak qaydaları izah edilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva 2021-ci il ərzində İnsan resurslarının idarə edilməsi sahəsində görülmüş işlərin hesabatını verib. O, qeyd edib ki, Mərkəzi Gömrük Hospitalının praktik tibb fəaliyyəti ilə məşğul olan həkimləri sertifikasiya imtahanı üçün zəruri olan kredit ballarını toplamaları ilə bağlı ölkə daxilində keçirilən müxtəlif konfrans, seminar və konqreslərdə iştirak ediblər.
Həmçinin, 2021-ci ildə Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının 20 əməkdaşı müxtəlif ölkələrdə təşkil olunan aktual tibbi və idarəetmənin təşkili mövzularına həsr edilmiş beynəlxalq konfranslarda, ixtisasartırma kurslarında və seminarlarda iştirak etmək məqsədilə həmin ölkələrə ezam olunmuşlar. İclasın sonunda tədbir iştirakçlarının sualları cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

