TƏDQİQAT: Evli cütlüklərin infarkt riski daha azdır
28.12.2021 14:59
Evliliyin ürək-damar sağlamlığına təsiri ilə bağlı tədqiqat aparılıb.
 
Aztibb.az xəbər verir ki, ürək-damar xəstəliyi diaqnozu qoyulan və ya ürək-damar xəstəliyi riski yüksək olan, orta yaşı 63 olan 6051 xəstə ilə aparılan bu araşdırmada xəstələr orta hesabla 4 il izlənilib.
 
Evli olmayan qrup (heç vaxt evlənməmiş, boşanmamış və ya dul qalmış) cəmi 3256 xəstədən ibarət olub. Araşdırmanın nəticələrinə görə evli olmayan cütlüklərin, kişi və qadın arasında heç bir fərq olmadan ürək-damar xəstəlikləri və infarktdan ölüm riskinin 52% daha çox olduğu göstərilib.
 
Boşanmış fərdlərlə bağlı araşdırmanın nəticələri isə belə qiymətləndirilib ki, bu fərdlərdə emosional və maddi stress yarada biləcək əhəmiyyətli bir həyat dəyişikliyi baş verdiyi üçün və boşanmış fərdlərin ürək xəstəlikləri və infarkt riski evil olmayanlarla müqayisədə daha yüksəkdir.
 
Bundan əlavə, araşdırmalar boşanmadan sonra artan riskin yenidən evlənmə ilə azaldığını göstərir. Bu onu deməyə əsas verir ki, boşanma ilə bağlı yaranan ani emosional və maddi sıxıntıdan daha çox boşanmış qalmağın uzunmüddətli təsirləri daha zərərli ola bilər.
 
Bəs niyə evliliyin ürək sağlamlığına müsbət təsiri var?
 
Tədqiqat göstərir ki, evli fərdlər subaylara nisbətən daha çox sosial nizamlı bir həyat tərzi keçirirlər. Evli olmayan şəxslər üçün digər risk faktoru sosial dəstəyin olmaması və nəticədə motivasiyanın itirilməsidir. Motivasiyanın itirilməsi həyata keçirilməli olan müsbət həyat tərzi dəyişikliklərinə əməl edilməməsi ilə nəticələnə bilər. Digər tərəfdən, araşdırmalar göstərdi ki, infarkt keçirmiş subay bir şəxs üçün sağlamlıq xidmətlərinə çatmaqda gecikmələr var. Bütün bu səbəblər evliliyin ürək sağlamlığına nə üçün müsbət təsir etdiyini izah edir.
 
Nəticə etibarı ilə deyə bilərik ki, evli olmaq, xoşbəxt evliliyi saxlamaq və boşandıqdan sonra yenidən evlənmək ürək-damar xəstəlikləri riskini azaldır. Ürək-damar sağlamlığı üçün sosial varlıq olan insanların sağlam, xoşbəxt və təhlükəsiz əlaqələr qurması vacibdir.
 
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev