Bir sual, bir cavab – Körpələrə əlavə qidalar nə vaxt verilməlidir?
28.12.2021 14:14
Körpələrin ilk 6 ayında yalnız ana südü ilə qidalanması tövsiyə olunur. 6 aydan sonra artan qida və enerji ehtiyacları ana südü ilə yanaşı əlavə qidalarla təmin edilməlidir.
 
Uşaqların ilk 2 ilində beyin və bədənin inkişafı çox sürətli gedir. Bu səbəbdən bu iki ildə körpələrin kifayət qədər qidalanması olduqca vacibdir.
 
Ana südü kifayət qədər olarsa, körpənin böyüməsi və inkişafı üçün kifayət qədər enerji təmin olunur. Əgər ana südü yetərli deyilsə və körpə süni qidalardan istifadə etməlidirsə, həkimin icazəsi ilə 17-ci həftədən (5-ci ayın əvvəli) tamamlayıcı qidalara başlanıla bilər.
 
Başını tuta bilən, dayaqla otura bilən, əl, ağız və göz koordinasiyası inkişaf etmiş, bərk qidaları uda bilən, ana südü ilə qidalanan altı aylıq körpə tamamlayıcı qidalara keçə bilər. Asan həzm olunan, təmizlik qaydalarına uyğun hazırlanmış, mövsümi və əlçatan tərəvəzlər, meyvə püresi, ət və qatıqla başlamaq məsləhətdir.
 
Həm tamamlayıcı qidalara keçilən zaman məqsəd körpəni doyurmaq deyil, dad duyğusunu inkişaf etdirməkdir. Unutmaq olmaz ki, körpənin toxluğunu təmin edəcək əsas yemək ana südüdür.
 
Həkim İbrahim Sinan Buğur
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev