“Worldometers”: Dünyada COVID-19-dan sağalanların sayı 250 milyonu ötüb
27.12.2021 15:29
COVID-19 hadisələri ilə bağlı məlumatların toplandığı “Worldometers” internet saytına görə, dünyada ən çox yoluxma qeydə alınan ilk 3 ölkə həm də ən çox xəstənin sağaldığı ölkələr olub.
 
Aztibb.az xəbər verir ki, dünya üzrə virusa yoluxanlardan 250 milyon 66 min 164-ü sağalıb.
 
ABŞ-da 41 milyon 184, Hindistanda 34 milyon 230 min 354, Braziliyada isə 21 milyon 414 min 318 nəfər virusa qalib gələ bilib.
 
Sağalanların sayı İngiltərədə 9 milyon 961 min, Rusiyada 9 milyon 222 min, Fransada 7 milyon 794 min, Almaniyada 6 milyon 113 min, İranda 6 milyon 24 min, Türkiyədə 8 milyon 922 min və İspaniyada 5 milyon 2 mini keçib.
 
Dünyada ən azı 24 milyon 366 min insan hələ də müalicə olunur.
 
2019-cu ilin dekabr ayında ortaya çıxan COVID-19 200-dən çox ölkə və bölgəyə yayılıb.
 
Dünya üzrə yoluxma sayı 279 milyon 845 min 65-ə çatarkən, 5 milyon 413 min 417 nəfər həyatını itirib.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib