"Salam Doktor - onlayn həkim xidməti” layihəsinin təqdimatı olub
26.12.2021 23:23

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin struktur bölmə rəhbərlərinin iştirakı ilə Mərkəzin “Salam Doktor" şirkəti ilə birgə hazırladığı "Salam Doktor - onlayn həkim xidməti” layihəsinin təqdimatı olub.

 

Tədbirdə "Salam Doktor" şirkətinin baş həkimi Cavid Baloğlanov tibb sahəsində innovativ yeniliklərindən olan “Teletibb xidmətləri” haqqında təqdimatla çıxış edib. O, həkimlərlə pasiyentlər arasında telekommunikasiya texnologiyaları vasitəsilə aparılan konsultasiyaların üstünlüklərindən və məqsədlərindən danışıb. C.Baloğlanov, həmçinin 5 saylı “ASAN xidmət” mərkəzlərində vətəndaşlara fərdi şəkildə təqdim olunan audio və video məsləhət, yazılı müraciət, eləcə də müayinə nəticələrinin təhlili ilə bağlı xidmətlər barədə məlumat verib.

 

Təqdimat zamanı iştirakçıların layihə ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

 

Layihənin məqsədi həkimlərlə pasiyentlər arasında coğrafi hədləri aradan qaldıraraq əlçatan və peşəkar tibbi xidmətlər təqdim etməklə əhalinin sağlamlıq səviyyəsinin yüksəldilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır.

 

Hazırda layihə çərçivəsində təqdim olunan xidmətlər "Salam Doktor" şirkəti tərəfindən 5 saylı Bakı "ASAN xidmət" mərkəzlərində həyata keçirilir.

 

Qeyd edək ki, xidmət alan vətəndaşlar "Onlayn həkim" xidmətindən və "Atəşgah” Sığorta şirkəti tərəfindən əlavə təqdim olunan "Təcili hospitalizasiya, reanimasiya" və "Təcili yardım" kimi sığorta xidmətlərindən daha geniş formada istifadə edə bilərlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır