Erkən doğuşun səbəblərindən biri də hamiləlikdə düzgün müalicə olunmayan böyrək daşlarıdır
26.12.2021 20:22

Hamiləlik dönəmində gözlənilməyən problemlərdən biri də - böyrək daşı xəstəliyidir. Son illərdə aparılan tibbi araşdırmaların nəticələrinə görə, qadınlarda böyrək daşı problemləri kişilərə nisbətən daha çox müşahidə olunur. Buna görə də ana olmağı planlaşdıran qadınlar, hamilə qalmazdan öncə mütləq böyrəklərini müayinə etdirməlidir (daş kontrolu).

 

Aztibb.az xəbər verir ki, bu barədə nefroloq Barat Yusubov sosial şəbəkədə paylaşım edib.

 

Həkim bildirib ki, erkən müayinələr gözlənilməz pis sürprizlərlə qarşılaşmağı önləyə bilər. Bu xoşagəlməz hallardan biri də böyrək daşı problemi olan hamilə qadınların vaxtından tez doğum etməsidir.

 

"Hamiləykən böyrək daşı problemi olduğunda bəzən zəif bel və qarın ağrısı, bəzən isə şiddətli ağrılar ola bilər. Böyrək infeksiyasında olduğu kimi, ürək bulanma, qusma, qızdırma, böyürlərdə ağrılar yarana bilər. Bəzi hallarda isə klinik diaqnozun təyini çətinləşir. Çünki, bu ağrılar apendisit və erkən doğum ağrıları ilə səhv salınır, böyrək daşının olması heç nəzərə alınmır", - deyə B.Yusubov bildirib.

 

Onun sözlərinə görə, daş müalicəsi olunmadıqda bu, uterusda (uşaqlıq) sıxılmalara səbəb olub, erkən doğumla nəticələnə bilər. Buna görə də, bu tip ağrılarla xəstəxanaya müraciət edən hamilə qadının diaqnostikasında ultrasəs müayinəsinin aparılması çox vacibdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib