OR1 FEST endocərrahiyə onlayn/oflayn konfransı keçirilib
25.12.2021 17:10
23 və 24 dekabr 2021-ci il tarixlərində Aktauda OR1 inteqrasiya olunmuş əməliyyat blokun açılışının 10 illiyi münasibətilə OR1 FEST endocərrahiyə onlayn/oflayn konfransı keçirilib.
 
Aztibb.az xəbər verir ki, konfrans çərçivəsində Bakı, Aktau, Nur-Sultan, Almatı, Taldıkorqan, Moskva, Minsk kimi İnteqrasiya edilmiş OR1 şəhərlərindən əməliyyatların canlı yayımı həyata keçirilib. Cərrahlar, ginekoloqlar canlı yayımda öz təcrübələrini bölüşərək, inteqrasiya olunmuş əməliyyat otaqlarında işləməyin imkanları və üstünlükləri barədə danışıblar.
 
Konfransda Azərbaycanı Respublika Diaqnostika Mərkəzinin cərrahiyyə şöbəsinin rəhbəri, ümumi cərrah İlqar İsmayılov təmsil edib.
 
Canlı yayımda bağırsaq keçməzliyi şikayəti ilə müraciət etmiş xəstəyə Laparoskopik Düz Bağırsaq Rezeksiyası icra edilib.
 
Fərqli və daha müasir üsul tədbiq edilərək (öncə endoskopik stentləmə, daha sonra planlı əməliyyat) kolostoma çıxarılmadan, bir mərhələli və minimal invaziv planlı əməliyyat olunub.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır