Həkim reportajı: Meyvə və tərəvəzlər mədə xərçəngindən qoruyur
25.12.2021 15:15
Mədə xərçəngi dünyada ən çox yayılmış xərçəng növlərindən biri kimi tanınır. Mədə xərçənginə səbəb olan faktorlar arasında yanlış qidalanma vərdişləri və siqaret ilk sıradadır.
 
Mədə xərçəngindən uzaq durmaq üçün şüurlu və diqqətli olmaq, risk faktorlarından uzaq durmaq və müntəzəm müayinələrə laqeyid qalmamaq böyük əhəmiyyət kəsb edir.
 
Mədə xərçəngi illər ərzində tədricən inkişaf etməyə meyllidir. Xərçəng inkişaf etməzdən əvvəl, mədənin selikli qişasında dəyişikliklər baş verir. Erkən dəyişikliklər nadir hallarda şikayətlərə səbəb olur. Xərçəng inkişaf etdikcə mədədə şiş böyüyə, qaraciyər və mədəaltı vəzi kimi yaxınlıqdakı orqanları da əhatə edə bilər.
 
Mədənin müxtəlif yerlərində başlayan xərçənglər fərqli şikayətlərə səbəb olur və fərqli nəticələr verir. Xərçəngin yeri də müalicə seçimlərinə təsir edə bilər. Məsələn, mədənin qovşağında başlayan xərçənglər çox vaxt yemək borusu xərçənglərinə bənzər şəkildə müalicə olunur.
 
Meyvə-tərəvəzlə zəngin, lakin duz və qırmızı ət istehlakını azlatmaqla sağlam qidalanma vərdişi formalaşdırlmalıdır. Həmçinin sağlam çəki saxlamaq, nizamlı idman vərdişlərinə yiyələnmək, siqaret çəkməmək və siqaret çəkən mühitlərdə olmamaq məsləhətdir.
 
Professor İsmail Gömceli
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev