Səhiyyə Nazirliyinin nümayəndələri ÜST-ün təşkilatının seminarında iştirak ediblər
05.09.2020 08:22

Səhiyyə Nazirliyinin əməkdaşları “ÜST-ün Avropa bölgəsi üzrə ölkələrdə milli məktəb səhiyyə sistemlərinin yaxşılaşdırılması məqsədilə keçirilən araşdırmalar” mövzusunda onlayn formatda keçirilən seminarında iştirak ediblər.

 

ÜST-ün Avropa bölgəsindəki ölkələrdə xüsusi yaradılmış məktəb səhiyyəsi üzrə milli sistemlər bütün təhsil qurumlarında uşaq, yeniyetmə və gənclərin sağlamlığının artırılması və profilaktikası üzrə xidmətləri, eləcə də sağlam davranışı təmin edir, onların inkişafını müşahidə etməklə sağlamlığın və təhsilin keyfiyyətini artırır.

 

Məktəb səhiyyəsi üzrə milli sistemlər çərçivəsində göstərilən xidmətlər tibbi problemləri həll etmək və sağlam təhsil mühiti formalaşdırmaqla yanaşı, həm də şagirdlərin davamiyyətinə və uğurlu təhsilinə müsbət təsir göstərir. Eyni zamanda bu sistemlər uşaq və gənclərin inkişafını təmin edir, sağlamlıqlarının qorunması sahəsində qeyri-bərabərliyin artmasının qarşısını alır. Bununla yanaşı, məktəb səhiyyəsi üzrə milli sistemlər təhsil müəssisəsi, səhiyyə və sosial qurumlarla sıx əməkdaşlıq edərək, sağlamlığın sosial determinantlar probleminin həll olunma prosesində bağlayıcı rol oynayır.

 

Məktəb səhiyyəsi üzrə milli sistemlərin işinin təkmilləşdirilməsi üçün davamlı olaraq onların fəaliyyətinin monitorinq və qiymətləndirilməsi aparılır. Rusiya Federasiyasının dəstəyi ilə Şərqi Avropa və MDB-nin 8-9 ölkəsində növbəti genişmiqyaslı qiymətləndirmə araşdırmasının aparılması 2020-2021-ci illərdə planlaşdırılır.

 

“ÜST-ün Avropa bölgəsi üzrə ölkələrdə milli məktəb səhiyyə sistemlərinin yaxşılaşdırılması məqsədilə keçirilən araşdırmalar”ın tərtib olunması uşaq və gənclərə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və həmin xidmətlərin BMT-nin “Uşaq Konvensiyasına” uyğun olaraq göstərilməsinə yönəlmiş cari beynəlxalq prosesin bir hissəsidir.

 

Ölkələrin milli koordinatorlarının hazırlanması üzrə növbəti seminar sentyabrın 4-də keçirilib.

 

Seminar çərçivəsində hər ölkə üzrə seçilmiş milli koordinator araşdırma ilə tanış olub, araşdırmanın aparılması üzrə konsepsiya və metodologiyanın müəyyənləşdirilməsinə dair öz töhfələrini verib. Eyni zamanda, müxtəlif maraqlı tərəflərdən məlumatların toplanılması prosesini daxil etməklə araşdırmanın aparılması və tətbiqi üçün zəruri olan məqsəd və funksiyaların dəqiqləşdirilmə metodları ətrafında geniş müzakirələr aparılıb.

 

Qeyd edək ki, seminarda Azərbaycan, Rusiya Federasiyası, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistanın nümayəndələri iştirak edib.


Bundan başqa, seminara Rusiya Federasiyası Səhiyyə Nazirliyi, “Uşaqların sağlamlığı üzrə milli tibbi tədqiqat mərkəzi” Federal Dövlət Muxtar Təşkilatı, ÜST-ün Avropa Regional Ofisi, "SHE" şəbəkəsi katibliyinin əməkdaşları da qatılıb.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib