“Heparin”in COVID-19-a qarşı təsiri öyrənilir. Klinik sınaqlar keçiriləcək
22.12.2021 15:44
Dünyada ən çox istifadə edilən dərmanlardan biri olan qan durulaşdırıcı “Heparin”i burun spreyinə çevirən avstraliyalı elm adamları, dərmanın COVID-19-dan qoruya biləcəyini öyrənmək üçün sınaq araşdırması aparırlar.
 
Aztibb.az xəbər verir ki, bir çox elmi mərkəz tərəfindən birgə aparılan araşdırmalar müvəffəqiyyətli olarsa, insanlar “Heparin”dən istifadə ilə virusdan qoruna biləcəklər.
 
Sınaq işlərinin 2022-ci ilin ortalarına qədər davam edəcəyi və təsirli olduğu təqdirdə dərmanın peyvəndlərlə birlikdə istifadə ediləcəyi açıqlanıb.
 
Qeyd olub ki, dünyada ən çox istifadə edilən ikinci dərman olan qan durulaşdırıcı “Heparin” virusun hüceyrələrə yerləşməsinin qarşısını almaqda müvəffəqiyyətli olacaq.
 
Açıqlamada Omikron variantı da daxil olmaqla digər variantlara qarşı təsirli olacağı gözlənilən və burunda qoruyucu təbəqə yaradaraq virusun ağciyərlərə keçməsinin qarşısını alacaq spreyin 340 ailədə sınaqdan keçiriləcəyi deyilir.
 
Hökumət klinik sınaqların aparılması üçün təxminən 3 milyard ABŞ dolları pul ayırıb.
 
Otaq temperaturunda 3 aydan çox qala biləcək spreyi gündə iki dəfə, yaxud üç dəfə hər burun dəliyinə tətbiq etmək mümkün olacaq.
 
Koronavirus buruna girdiyi zaman Heparin adlı molekula bağlanaraq təsirsiz hala gəlir. Bu səbəbdən insanın yoluxması və virusu başqalarına ötürməsinin qarşısı alınır.
 
Sınaq üçün spreydən istifadə edənlərdə bu günə qədər heç bir yan təsir rastlanmayıb.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib