ATU-da keçirilən fakültələrarası yarışlar başa çatıb
22.12.2021 13:18
Qaliblər müxtəlif idman növləri üzrə ATU-nu təmsil edəcəklər.
 
Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinə həsr olunmuş fakültələrarası idman yarışları təşkil edilib. Yarışların ikinci hissəsi dekabrın 18-də keçirilib.
 
Aztibb.az xəbər verir ki, proqrama əsasən, fakültələrarası yarışda idmanın stolüstü tennis, futzal və şahmat (oğlanlararası) növləri üzrə keçirilən yarışlar başa çatdıqdan sonra qalib tələbələrin və komandaların mükafatlandırma mərasimi baş tutub. Dekanların da iştirak etdiyi mükafatlandırma zamanı şahmat (oğlanlararası) üzrə yarışda II Müalicə profilaktika fakültəsinin tələbəsi Zaur Babayevin I, Hərbi tibb fakültəsinin tələbəsi Vüsal Həsənzadənin II, II Müalicə profilaktika fakültəsinin tələbəsi Eldəniz Sadiqov və Hərbi tibb fakültəsinin tələbəsi Nihad Qəhrəmanlının isə III yerləri qazandıqları elan olunub.
 
Bundan sonra fakültələr üzrə də qaliblər müəyyənləşdirilib. Belə ki, stolüstü tennis üzrə yarışda Stomatologiya fakültəsi I, Hərbi tibb fakültəsi II, I Müalicə profilaktika və II Müalicə profilaktika fakültələrinin tələbələri isə III yeri tutublar. Bundan başqa, futzal yarışlarının nəticələrinə əsasən, II Müalicə profilaktika fakültəsi I, Stomatologiya fakültəsi II, Hərbi tibb fakültəsi və I Müalicə profilaktika fakültələrinin komandaları III yerə layiq görülüblər.
 
Ümumi xal hesabına gəldikdə isə, II Müalicə profilaktika fakültəsi I, Stomatologiya fakültəsi II, Hərbi tibb fakültəsi isə III yeri qazanıb. Hər 3 fakültənin komandaları kubok və diplomlarla təltif olunublar. I Müalicə profilaktika fakültəsinin komandasına isə həm kubok və diplom, həm də voleybol üzrə “Yüksək idmançı ruhu” adlı xüsusi nominasiyanın plaketi verilib.
 
Qalibləri təbrik edən “Təbib” idman klubunun sədri, Əməkdar məşqçi Qələndər Aslanov çıxışında bildirib ki, yarışlarda fərqlənən tələbələr seçilərək bundan sonra vahid komanda şəklində universitetimizi təmsil edəcəklər. Onlar idmanın müxtəlif növləri üzrə istər universitetlərarası, istərsə də respublika əhəmiyyətli yarışlara qatılacaqlar.
 
Klub rəhbəri yarışların keçirilməsinə təşkilati dəstək verən bir qrup şəxsə də xüsusi təşəkkürünü bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər