Rəşad Mahmudov "Azərbaycan-Türkiyə Kistoz Fibroz Forumu"unda iştirak edib
21.12.2021 09:09

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru Rəşad Mahmudov 18-21 dekabr 20201-ci il tarixlərində İstanbulda  keçirilən "Azərbaycan-Türkiyə Kistoz Fibroz Forumu"unda iştirak edib.


Tədbirdə ölkəmizin Səhiyyə Nazirliyi və TƏBİB-in tərkibindəki institutların, Gömrük Komitəsinin Tibb İdarəsinin, Azərbaycan və eləcə də Türkiyə Kistoz Fibroz İctimai Birliklərinin nümayəndələri və sədrləri, Marmara Universitetinin professorları, elm xadimləri və ekspertlər iştirak ediblər.


İki gün davam edən forumda Azərbaycan və Türkiyədə, eləcə də dünyada kistoz fibrozdan əziyyət çəkən uşaqların taleyi ilə əlaqədar problemlər və gələcək perspektivlər haqqında geniş fikir mübadiləsi aparılıb.


Əsas məqsəd ölkəmizdə bu problemdən əziyyət çəkən uşaqların gələcək taleyinin həllində qanunvericiliklə yanaşı, icra strukturlarının iş prinsiplərinin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan planın hazırlanmasının müzakirəsi olub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub