ÜST müəmmalı xəstəliyə görə hərəkətə keçdi. Tədqiqat davam edir  
20.12.2021 15:44
Cənubi Sudanın Səhiyyə Nazirliyi 89 nəfərin naməlum xəstəlikdən öldüyünü açıqlayıb. Son zamanlar daşqınlar səbəbilə ciddi sağlamlıq böhranı yaşayan Cənubi Sudandan gələn xəbər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) diqqətini cəlb edib.
 
Aztibb.az xəbər verir ki, ÜST bu məqsədlə ölkəyə bir araşdırma qrupu göndərib. Müəmmalı xəstəliyin mənbəyinə gedən ÜST alimləri ölkənin şimalındakı Fanqak şəhərindən nümunələr toplayıblar.
 
“Biz təcili yardım qrupu göndərdik və risklərin idarə edilməsini həyata keçirərək araşdırmaları dərinləşdirdik. Komandalar sellə əlaqədar helikopterlə bölgəyə gedib və nümunələr götürüblər”, – deyə ÜST nümayəndəsi Şeyla Baya bildirib.
 
Britaniya mediası BBC xəbər verib ki, nümunələr tədqiq edilib və müəmmalı xəstəliyin vəba olmadığı təsdiqlənib.
 
Səlahiyyətlilər insanların xəstəliklə yanaşı aclıq səbəbindən də çətin vəziyyətə düşdüyünü açıqlayıblar.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev