Azərbaycanlı həkimlər Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak ediblər
20.12.2021 14:34
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalın nümayəndələri Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak ediblər.
Aztibb.az xəbər verir ki, 16-19 dekabr 2021-ci il tarixlərdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavnini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalın həkim-infeksionisti Mədinə Abdullayeva Türkiyə Respublikasının Ankara şəhərində keçirilən «Xəstəxana İnfeksiyalar» (HİKON-2021) Beynəlxalq Konqresində iştirak ediblər. Türkiyə Xəstəxana İnfeksiyalara Nəzarət Dərnəyi tərəfindən təşkil olunmuş HİKON-2021 Beynəlxalq Konqresə 300-dən çox iştirakçı qatılmışdır.
Konqresin birinci günündə periferik və mərkəzi venoz katetrlərin infekiyaların qarşısının alınması, xəstəxanalarda infeksion nəzarət sistemlərinin qiymətləndirilməsi, bu sahədə ABŞ və s. inkişaf etmiş ölkələrin təcrübəsinin tətbiqi, klinikalarda izolyasiya tədbirlərinin təşkili, yataq yaralarının profilaktikasına dair aktual məsələlər müzakirə olunmuşdur.
Tədbirin ikinci günündə xəstəxanalarda infeksiona nəzarətdə laborator müayinələrin vacibliyi, xəstəxana avadanlığının dezinfeksiya və sterilizasiyası, antibiotiklərin düzğun təyini va antibiotiklərə qarşı rezistentlik yaranmasının qarşısının alınması, xəstəxalarda latent, aktiv və multirezistent vərəmli pasiyentlərin müalicəsinə müasir yanaşmalar, nazokomial klostrisiya infeksiyasına nəzarət, müxtəlif tibb sahələrində rast gəlinən infeksion yoluxmalar kimi mövzulara baxılıb.
COVID-19 qlobal pandemiya dövründə keçirilən HİKON-2021 Beynəlxalq Konqresin son günündə, yeni koronavirus infeksiyasının müxtəlif aspektləri, o cümlədən xəstəxana daxili infeksiyaların qarşısının alınması rakursunda nəzərdən keçirildi. Konqresin proqramında gündəlik plenar və panel iclaslardan başqa üstəlik 2 praktiki kurs, mütəxəssislər ilə diskussiyalar, dəyirmi masalar, sosial tədbirlər də təşkil olunmuşdur.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

