Mərkəzi Gömrük Hospitalının tibb bacıları “Aseptika və antiseptikanın əsasları” təlimində iştirak ediblər
20.12.2021 14:15
20 dekabr 2021-ci il tarixində Mərkəzi Gömrük Hospitalının tibb bacıları İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris Simulyasiya Mərkəzində “Aseptika və antiseptikanın əsasları” mövzusunda təlimdə iştirak ediblər. Təlim Tədris Simulyasiya Mərkəzinin treneri Yaqut Qarayeva, Aynur Abbasəliyeva və "Bbraun" şirkətinin xüsusi dəvət olunmuş nümayəndəsi Mixayıl Korotski tərəfindən aparılıb.
Aztibb.az xəbər verir ki, təlimdə baş tibb bacısı Əliyeva Amaliya, tibb bacıları Həsənova Marina, Mövsümova Solmaz, Qasımova Elmira, Quliyeva İradə, Ələkbərova Züleyxa, Şirinova Luiza, Əliyeva Rəmziyyə, Əliyeva Gülbəniz və Belyaninova Qalina iştirak ediblər. Trener Yaqut Qarayeva tibbi personalın əllərinin işlənməsi, dezinfeksiya, gigiyena qaydaları və əllərin yuyulmasının 4 növü- sosial əlyuma, septik əlyuma, cərrahi əlyuma və əl dezinfeksiyası barədə ətraflı məlumat verib.
Sonra əl gigiyenası ilə bağlı videoçarx nümayiş etdirilib.
Həmçinin, Bbraun şirkətindən xüsusi dəvət olunan nümayəndəsi Mixayıl Korotski tibb bacılarına dərialtı, əzələdaxili, venadaxili inyeksiyaların icrası, periferik kateterin qoyulması, periferik, mərkəzi venoz və dializ kateterlərinə qulluq qaydalarından danışıb. İzah edilmiş qaydalar əsasında praktiki vərdişlər yerinə yetirilib.
Təlimdə trener Aynur Abbasəliyeva preparatların parenteral yeridilmə metodları, biomaterialların düzgün götürülməsi və daşınması qaydaları, fərdi özünümüdafiə qaydalarını ətraflı izah edib. Daha sonra tibb bacıları trenerlərin suallarını cavablandırıblar.
Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

