Həkim reportajı: Qışda ürəyin yorulmasına gətirən 4 xəta
19.12.2021 23:15
Soyuq hava infarkt keçirməyə səbəb olur. Odur ki, mütəxəssislər bu havalarda həddindən artıq qalın və ya nazik paltar geyinməməyi, həmçinin yağlı pəhrizdən, yorucu idmandan uzaq durmağı məsləhət görür.
 
Qışda havaların soyuq keçməsi ilə ürək-damar xəstəlikləri artır. Bunun əsas səbəbi soyuq havanın təsiridir və soyuq havada ürəyin bədənin istilik ehtiyacını ödəmək üçün daha çox işləməsi lazımdır.
 
Ürəyi qidalandıran tac damarlarının daralması səbəbindən ürək istədiyi qanı, yəni ehtiyacı olan oksigeni ala bilmir və nəticədə ürəkdə qida çatışmazlığı yaranır. Beləliklə, ürək toxumasına gedən qanın miqdarı azalır.
 
Qış aylarında ürək sağlamlığına mənfi təsir edən amillərdən biri küləkdir. Bunun səbəbi küləyin döş nahiyəmizdə əmələ gələn isti hava təbəqəsini çıxararaq damarların daralmasına səbəb olmasıdır.
 
Artıq çəki də ürəyin iş yükünü artırır. Bu mənada həddindən artıq ağır və yağlı yeməklər qəbul etməmək, sadə şəkərlərdən uzaq durmaq, toksinlərin atılması üçün kifayət qədər maye içmək çox vacibdir.
 
Mümkünsə həftədə ən azı 5 gün, yaxud hər gün ən azı 45 dəqiqə, xüsusən də havanın isti və günəşli olduğu vaxtlarda günorta saatlarında sürətli gəzintilər etməyi vərdiş edin. Səhər erkəndən yüksək tempdə gəzinti, əzələ gücləndirici məşqlər və velosiped sürmək kimi ağır idman məsləhət deyil.
 
Çox qalın və ya nazik paltarlar yerinə nazik, lakin qat-qat paltarlara üstünlük verməlisiniz. Qat-qat geyinmək paltarlar arasında hava təbəqəsi yaradaraq, izolyasiya effekti verir, beləliklə də bədəni soyuqdan daha yaxşı qoruyur. Hava şəraitinə uyğun geyim dəyişməklə özünüzü tərləmə və soyuqdan qoruya bilərsiniz.
 
Uzman kardioloq Mutlu Güngör
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev