Böyük Britaniyada Omikron sürətlə yayılır: Kraliça Milad yeməyini ləğv etdi
19.12.2021 22:13
İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyanın daxil olduğu Böyük Britaniyada pandemiyanın başlanmasından bəri ən çox yoluxma halı ardıcıl iki gün ərzində müşahidə olunub. Cümə axşamı günü yoluxma sayı 88,376-ya yüksəlib.
 
Aztibb.az xəbər verir ki, Britaniyanın baş tibb müşaviri professor Kris Vitti açıqlamasında Omikron variantının inanılmaz dərəcədə sürətlə yayıldığını, lakin gücləndirici peyvəndlər sayəsində potensialını tez itirdiyini söyləyib.
 
Baş nazir Boris Conson da ictimaiyyəti diqqətli olmağa çağırıb. Bununla belə, o, yeni bağlanma və ya komendant saatı ilə bağlı qərar verməyəcəklərini deyib.
 
Kraliça II Yelizaveta da Omikron variantının sürətlə yayılmasına qarşı tədbir olaraq ənənəvi illik Milad öncəsi naharını ləğv etdiyini açıqlayıb.
 
Açıqlamalarda sürətli yayılmanı dayandırmaq üçün kritik əhəmiyyətli gücləndirici proqramın gözlənildiyi bildirilib.
 
Ötən həftə İngiltərədə “B Planı” adlı evdən işləməyi təşviq etmək, sosial məsafəni qorumaq və qapalı ərazilərdə maska tələbi kimi qaydalar tətbiq edilib.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib