Pfizer-BioNTech üçüncü dozanı 6 aydan 5 yaşa qədər uşaqlarda sınaqdan keçirir
19.12.2021 20:28
Pfizer-BioNTech tərəfindən edilən yazılı açıqlamada, 2 ilə 5 yaş arası uşaqlarda peyvənd sınaqlarının gözlənilən immuniteti təmin etmədiyi, 6 aylıq 5 yaş qrupunda isə 3-cü doza peyvənd testlərinin davam etdirildiyi bildirilib.
 
Aztibb.az xəbər verir ki, açıqlamada bildirildiyi kimi tədqiqat iki dozalı seriyanın ikinci dozasından ən azı 2 ay sonra üçüncü dozanın qiymətləndirilməsini əhatə edəcək.
 
Davam edən araşdırma çərçivəsində ikinci dozadan 1 ay sonra peyvənd olunanlarda immun analizinin aparıldığı, 6-24 aylıq qrupda güclü immunitetin formalaşdığı və bu nəticələrin 16-25 yaş qrupundakı nəticələrlə oxşar olduğu görülüb.
 
Digər tərəfdən, 2-5 yaşlı uşaqlarda gözlənilən immunitetin yaranmadığı bildirilib.
 
“6 aydan 5 yaşa qədər uşaqlar üçün 3 mikroqramlıq üçüncü dozanın nəzərdən keçirilməsi qərarı şirkətlərin risk-fayda profilini maksimum dərəcədə artırmaq üçün düzgün dozanı diqqətlə seçmək öhdəliyini əks etdirir”, – deyə açıqlamada qeyd edilir.
 
Üç dozalı sınaq uğurlu olarsa, Pfizer və BioNTech 2022-ci ilin birinci yarısında 6 aydan 5 yaşa qədər olan uşaqlar üçün Fövqəladə İstifadə Səlahiyyəti (EUA) üçün məlumatları təqdim edəcək.
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib