"Müharibə zamanı görmə orqanının zədələnmələri və xüsusiyyətləri” mövzusunda vebinar keçirilib
19.12.2021 09:15

Azərbaycan Oftalmoloqlar Cəmiyyəti (AOC) “Müharibə zamanı görmə orqanının zədələnmələri və xüsusiyyətləri” mövzusunda vebinar təşkil edib.

 

Vebinarda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) idarə heyətinin üzvləri və oftalmologiya sahəsində yüksək nailiyyətləri olan peşəkar mütəxəssislər iştirak ediblər.

 

Onlayn toplantının işinə, həmçinin Akademik Zərifə Əliyeva adına MOM-dan, Azərbaycan Tibb Universitetinin Göz xəstəlikləri kafedrasından, digər özəl və dövlət təşkilatlarından, eləcə də regionlardan iştirakçılar qatılıb.

 

Vebinarda Türkiyədən professorlar və gənc oftalmoloqlar, tanınmış alimlər, Türk Oftalmoloji Dərnəyinin Onursal Başkanı, Dr. Sunay Duman, prof. Süleyman Kaynak və digər mütəxəssislər fikirlərini bölüşüblər.


T.e.d. Hicran Namazovanın moderatorluğu ilə keçirilən tədbirdə 5 məruzə dinlənilib.

 

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, t.ü.f.d. Yazgül Abdıyeva çıxışında 44 günlük Vətən müharibəsi zamanı düşmənlə mübarizə aparan cəsur hərbçilər, həmin dövrdə terror hücumları nəticəsində xəsarət alan dinc sakinlərdən bəhs edib. Müharibə zamanı fədakarlıq nümayiş etdirən həkimlərin xidmətlərini xatırladıb.

 

Daha sonra Türkiyədən prof. Züleyha Yalnız Akkaya “Açıq Glob yaralanmaları”, prof. Uğur Acar “Arka segment travmalarına yaklaşım”, akad. Zərifə Əliyeva adına MOM-un əməkdaşı, t.ü.f.d. Günay İbrahimzadə “Hərbi əməliyyatlar zamanı görmə aparatının yaralanmaları”, t.ü.f.d. Qurban İsmayılov “44 günlük müharibə və Tədris Cərrahiyyə Klinikası”, dr. Səlahəddin Təhməzov “Vətən müharibəsi zamanı baş vermiş ən ağır göz travmaları” mövzularında məruzələrlə çıxış ediblər.

 

Sonda bir sıra təkliflər dinlənilib, iştirakçıların sualları cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib