Endokrinologiyanın aktual problemləri müzakirə edilib  
18.12.2021 16:45

Dekabrın 18-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının təşkilatçılığı ilə "Endokrinologiyanın aktual problemləri" adlı konfrans keçirilib.

 

Konfransda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev, Respublika Endokrinoloji Mərkəzin baş həkimi Babək Salek Qənnadi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Seçenov Universitetinin Endokrinologiya-1 kafedrasının müdiri, professor Valentin Fadeev, Azərbaycan Endokrinologiya Elmi Cəmiyyətinin sədri, professor Valeh Mirzəzadə, Bakı Sağlamlıq Mərkəzinin poliklinikasının terapevtik şöbəsinin müdiri, endokrinoloq Nərgiz Əliyeva və digər həkim-mütəxəssislər iştirak ediblər.

 

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev ilkin olaraq 44 günlük Vətən müharibəsi mövzusuna diqqət çəkib. Bildirib ki, Azərbaycan xalqı rəşadətli ordusu ilə birlikdə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə vahid “Dəmir yumruq”da birləşərək, öz doğma torpaqlarını düşmən işğalından azad edib: "Qürur duyuruq ki, İkinci Qarabağ müharibəsi müddətində Bakı filialının tələbələri prosesdən kənarda qalmadılar. Onlar könüllü olaraq xəstəxanalarda işlədilər və tibb işçilərinə yaralılara qulluq etmək üçün köməklik göstərdilər. Azərbaycan xalqı torpaqlarının işğaldan azad edilməsi uğrunda canlarından keçmiş hərbçilərin, eləcə də təcavüzkarın bəd əməlləri nəticəsində həyatını itirən mülki şəxslərin xatirəsini dərin ehtiramla yad edir. Azərbaycan Şanlı Qələbə qazanaraq ölkənin ərazi bütövlüyünü bərpa edib və bununla da ölkə ərazisinin vahid, toxunulmaz və bölünməz olduğunu bütün dünyaya bir daha sübut edib. Şükürlər olsun ki, indi işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır. Zəfər mücadiləsində canlarından keçmiş qəhrəmanların və şəhidlərin xatirəsini əbədi olaraq ürəklərimizdə yaşadacağıq".

 

Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin aparıcı cərrah-onkoloqu Əziz Əliyev konfransda, həmçinin "Qalxanabənzər vəzin bədxassəli şişləri zamanı cərrahi taktika" mövzusunda təqdimatla çıxış edib. Həkim-mütəxəssis qalxanabənzər vəzin bədxassəli şişləri barədə aparılan elmi-tədqiqat işləri və böyüklərdə, eyni zamanda, uşaqlarda müşahidə edilən belə xəstəliklərin cərrahi müdaxilə ilə aradan qaldırılması haqqında ətraflı məlumat verib. Təqdimatda qalxanabənzər vəzin cərrahi əməliyyatlarının gedişi vizual olaraq iştirakçılarla paylaşılıb. Qeyd edilib ki, endokrinoloji problemlər arasında qalxanvari vəzin bədxassəli şişləri mövzusu aktualdır. Bir çox xərçəng xəstəliklərinin, xüsusilə də papilloma virusunun səbəb olduğu xərçəng növlərinin qarşısının peyvəndlər vasitəsilə alınmasının mümkünlüyü də həkim-mütəxəssis tərəfindən vurğulanıb.

 

Respublika Endokrinoloji Mərkəzinin baş həkimi Babək Salek Qənnadi konfransda aktual olan endokrinoloji problemlərdən bəhs edib. Həkim-endokrinoloq qeyd edib ki, endokrin orqanların tənzimləyici, birbaşa qalxanabənzər vəzi isə orqanizmin “dirijoru” rolunu oynayır: “Ümumiyyətlə qalxanabənzər vəzin bu və ya digər şəkildə təsir göstərmədiyi orqan yoxdur. Ona görə də endokrinoloji problemlər vaxtında aşkar edilərək müalicə olunmalı, o cümlədən bu cür vacib əhəmiyyət kəsb edən tədbirlərlə mütəxəssislərin bilik və bacarıqları inkişaf etdirilməli, təcrübə mübadiləsi aparılmalıdır”.

 

Konfransda, həmçinin professor Valentin Fadeev "Birincili hipotiroidizmin müalicəsi: həll edilməmiş problemlər", tibb elmləri üzrə fəlsəfə doktoru Nərgiz Əliyeva isə "Hamiləlik dövründə qalxanabənzər vəzin funksiyasının xüsusiyyətləri" mövzusunda təqdimatla çıxış ediblər.

 

Sonda iştirakçı həkim-mütəxəssislərə sertifikatlar təqdim edilib.

 

AZƏRTAC

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu